Bildiyiniz
kimi hazırda "12cioyuncu.info” saytı maliyyə xərclərini vaxtında ödəyə
bilmədiyindən bağlıdır. Bu səbəbdən "Bosman” fan klubu bizə "bosman.at.ua”
saytından istifadə edərək informasiya yaymağa şərait yaradıb ki, buna görə də "Bosman”
fan klubunun rəhbərliyinə təşəkkür edirik.
"12cioyuncu.info” saytının bağlanması
səbəbindən ən çox narahat olanlar da təbii ki, "Xəzər Lənkəran” azarkeşləridir. Hazırda
saytımızın yenidən bərpa olunması üçün çalışırıq bu yöndə tərəfimizdən
hərtərəfli iş aparılır. Daha dəqiq bizimlə əlaqə saxlayan azarkeşlərə saytın bağlanma
səbəbləri bütün incəliklərinə qədər anladılır və təkliflər müzakirə olunur. Beləki,
dünən və bu gün bizimlə əlaqə saxlayan minlərlə azarkeş saytın bağlanma
səbəbləri ilə maraqlanır bəziləri isə hətta müəyyən təkliflər də edirlər. Dünən
Bakıda yaşayan azarkeşlərimizdən də saytımıza maliyyə dəstəyi veriləcəyi xəbərini almışıq. Bu məsələ ilə gün ərzində məşğul olmaq fikrimiz var. Eyni
zamanda məlumat əldə etmişik ki, Moskvada yaşayan "Xəzər Lənkəran” azarkeşləri bu
gün bir araya gələrək saytımıza dəstək olmanın yollarını arayacaqlar. Hələki
başqa konkret təkliflərin olmadığını da bildirək. Sonda onu da əlavə edək ki,
saytın bağılanmasına ilk olaraq reaksiya verən və maddi yardımını təklif edən
əzəli rəqibimizin "UltraNeftçi” fan klubunun rəsmi təklifindən imtina edərək
göstərdikləri diqqətə görə onlara təşəkkür
etmişik. Yaxın saatlarda da "12cioyuncu.info” saytının yenidən bərpa olunması
yönümündə aparılan işlər haqda məlumat
verməyə çalışacağıq.
Xüsusi
olaraq "bosman.at.ua” üçün "12cioyuncu.info”dan.
|