 
"12-ci
oyunçu” azarkeş qrupunun və "Bosman” fanklubunun "Xəzər Lənkəran” klubunun
Rəhbərliyinə və
Məşqçi-Futbolçu heyətinə
MÜRACİƏTİ
23 May 2010-cu ildə, 18-ci
Azərbaycan kubokunun finalında, "Bakı” və”Xəzər Lənkəran” arasında keçirilmiş
matçda beynəlxalq futbol qurumları olan FİFA və UEFA nın, həmçinin yerli futbol
qurumu olan AFFA nın ən böyük tövsiyyələrindən biri olan və bütün dünyanın
stadionlarını bəzəyən "Fair Play” qaydaları "Bakı” klubu tərəfindən kobud
şəkildə pozulmuşdur. Həmin pozuntunun nəticəsində qapımıza qol vurulmuş və
əslində əlavə edilmiş vaxtı da 1:1 bitəcəyi həmin matç, bu qayda pozuntusunun
hesabına kuboku onlara qazandırmışdır. Burda bizim nə hakimə, nə də qeyri qayda
pozuntularına heç bir iradımız yoxdur. İradımız yalnız "Fair Play” qaydalarını
bilməyən və ya saya salmayan "Bakı” klubunadır.
Sizlərə müraciət etməyimizin səbəbi,
"Bakı” klubu ilə keçiriləcək gələn
çempionat vəya hər hansı rəsmi matçda ilkin düşən imkandan istifadə edib, "Fair
Play” qaydalarını pozaraq, onların qapısına qol vurulmasına nail olmaq (Düzdür "Xəzər Lənkəran" olaraq belə hallar bizlərə yad olsa belə), lakin
sonradan "Fair Play” qaydalarına hörmət əlaməti olaraq, qapımızdan qol
keçirmələrinə şərait yaradaraq ədaləti necə bərpa etməyin yolunu bir centlmen "Xəzər
Lənkəran” olaraq onlara sübut etməyinizi xahiş edirik. Bununla da Azərbaycanda
"Xəzər Lənkəran” olaraq, bir "Ayaks” nümunəsini digərlərinə sübut etmiş olarıq.
Bütün
centlmen qaydalarına hörmətlə: "12-ci oyunçu” azarkeş qrupu və "Bosman”
fanklubu
|