AFR - dünya çempionu və Argentina – meydan sahibi komandaları final oyunlarına birbaşa qatıldılar. Seçmə turnirləri nəticəsində Avropadan 9, Amerika qitəsindən 3, Afrikadan 1, Asiyadan da 1 komanda Argentinaya getmək hüququ qazandılar. Püşk nəticəsində aşağıdakı qruplar yaradıldı: 1-ci qrup: İtaliya, Argentina, Fransa, Macarıstan 2-ci qrup: Polşa, AFR, Tunis, Meksika 3-cü qrup: Avstriya, Braziliya, İspaniya, İsveç 4-cü qrup: Peru, Hollandiya, Şotlandiya, İran Birinci qrupda italyanlar hər üç rəqibi uddular. Argentinalılar bir oyunu uduzsalar da, macarlara və fransızlara eyni hesabla (2-1) üstün gəlib qrupda ikinci yeri tutdular və mübarizəni davam etdirmək hüququ qazandılar. Ikinci qrupda Tunis futbolçularının çıxışı gözlənilməz oldu. Onlar meksikalılara qalib gəldilər (3-1), dünya çempionu AFR komandası ilə oyunu heç-heçə (0-0) başa çatdırdılar. Bununla belə ikinci mərhələyə Polşa (5 xalla birinci yer) və AFR (4 xalla ikinci yer) vəsiqə aldılar. Üçüncü qrupda Avstriya futbolçuları qələbə qazandılar.onlar İspaniya və İsveç komandalarını məğlubiyyətə uğratdılar, braziliyalılara isə uduzdular. Bu mərhələdə Braziliya futbolçularının oyunu azarkeşləri və mütəxəssisləri qane etmədi. Komanda iki heç-heçədən sonra avstriyalıları çətinliklə udaraq qrupda birinci – ikinci yerləri bölüşdürdü. Dördüncü qrupda Peru futbolçuları fərqləndilər. Onlar Şotlandiya komandasına 3-1; iranlılara 4-1 hesabı ilə qalib gəldilər, hollandiyalılarla oyunda 1 xal qazandılar (0-0) və birinci yeri tutdular. Bundan əvvəlki çempionatın finalçıları – hollandiyalılar ikinci mərhələyə yalnız topların daha yaxşı fərqinə görə çıxa bildilər. Onlar Şotlandiya komandası ilə eyni nəticə ( hərəsi 3 xal) göstərmişdilər, hətta bu komandaya uduzmuşdular (3-2). Lakin Şotlandiya İranla xalları böldü: 1-1. Növbəti mərhələyə adlayan səkkiz komanda püşk nəticəsində aşağıdakı qruplara paylandı: A qrupu: İtaliya, Hollandiya, AFR, Avstriya B qrupu: Braziliya, Argentina, Polşa, Peru Bu mərhələdə hollandiyalılar gözəl oyun nümayiş etdirdilər. Onlar Avstriya komandasını 5-1 hesabı ilə məğlubiyyətə uğratdılar. Almaniya ilə oyun heç-heçə nəticələndi (2-2). Italyanlarla oyunda da Hollandiya futbolçuları hesabda geri düşsələr də iki qol vuraraq layiqli qələbə qazandılar (2-1). AFR komandası avstriyalılara uduzdu və (2-3) və A qrupunda 2 xalla üçüncü yeri tutdu. Bu İtaliya futbolçularına ikinci yer tutmaqda kömək oldu. B qrupunda Argentina və Braziliya komandalarının gərgin oyununda hesab açılmadı. Bundan sonra Pelenin həmvətənləri Polşa (3-1) və Peru (3-0) komandalarına tam üstünlüklə qalib gəldilər. Argentina komandası polşalıları uddu (2-0) və beş xal toplaya bildi. Topların fərqinə görə braziliyalıları üstələyərək birinci yerı tutdu. Meydan sahibləri son turda Peru futbolçularına 6-0 hesabı ilə qalib gələrək lazımi top fərqini əldə etdilər. Bürünc medallar uğrunda Braziliya və İtaliya komandaları mübarizə apardılar. Buones-Airesdə 77 min tamaşaçı qarşısında keçirilən bu oyunda hesabı 38-ci dəqiqədə italyanlar açdılar. Rossinin ötürməsindən sonra Kauziyo topu qapıya yönəltdi. Fasilədən sonra oyunun xarakteri dəyişdi. Braziliyalılar oyunu tamamilə ələ keçirdilər, əvvəlcə Nelinyo hesabı bərabərləşdirdi, sonra isə Dirseu gözəl bir kombinasıyanı başa çatdırdı. Braziliya komandası Argentinada 1 oyunu belə uduzmadan üçüncü yerdə qaldı. Final oyunun 38-ci dəqiqəsində Kempes iki müdafiəçinin müşayiəti ilə cərimə meydançasına daxil olaraq irəli şığıyan qapıçının yanından dəqiq zərbə vurdu. Ikinci hissədə hollandiyalılar yüksək səviyyəli oyun göstərdilər, 81-ci dəqiqədə hollandiyalılar cərimə meydançasında yaranmış qarışıqlıqdan istifadə edərək hesabı bərabərləşdirdilər. Əlavə vaxtda isə hollandiyalılar yoruldular. Onlar daha fəal oynaya bilmildilər, vaxtı uzadır və bəlkə də təkrar görüş keçirilməsini arzulayırdılar. Bu vəziyyət argentinalıları daha da ruhlandırdı. Kempesin 105-ci dəqiqədə və Bertoninin 114-cü dəqiqədə vurduğu iki top final oyununun və dünya kubokunun taleyini həll etdi. Argentinalılar 3-1 hesabı ilə qalib gəlib çempion oldular. ******************************* Daha sxematik olaraq bax ******************************** Vİdeonu izlə
|