Cümə, 27/Dek/2024, 00:44
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 553

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » İyun » 6 » 10-cu dünya çempionatı, 1974-cü il. AFR
22:22
10-cu dünya çempionatı, 1974-cü il. AFR

 

            Çempionat ərəfəsində elan olundu ki,
baş mükafat bir daha heç kəsə əbədilik verilməyəcəkdir. Yarışların keçirilməsi
qaydalarında da yenilik edildi. Final turnirində təsadüflərin qarşısını almaq
üçün belə bir qayda tətbiq olundu: qruplarda yarışlardan sonra ¼ və 1/8 final
oyunları əvəzinə 2 yeni qrup yaradılır və burada da rəqiblər dairəvi sistem
üzrə bir-biri ilə görüşürlər. Qrupların qalibləri çempion adı uğrunda, 2ci yeri
tutan komandalar isə çempionatda 3-cü yer uğrunda oyunlar keçirməli idilər.

            Dünya çempionları – braziliyalılar
və turnirin təşkilatçıları – AFR fubolçuları seçmə oyunlarından azad
edilmişdilər. Avropadan final oyunlarına İtaliya, Hollandiya, ADR, Polşa,
Bolqarıstan, Şotlandiya, İsveç və Yuqoslaviya vəsiqə aldılar. Cənubi Amerikada Uruqvay
və Argentina fərqləndilər. Mərkəzi və Şimali Amerika ölkələri qrupundan Haiti,
Asiya və Okaniya ölkələri arasından Avstraliya, Afrikadan isə Zair finalçı
oldular.

            Çempionatın 16 iştirakçısı,
qabaqcadan müəyyən edilmiş sistem üzrə aşağıdakı qruplara ayrıldılar.

            1-ci qrup:
ADR, AFR, Çili, Avstraliya

2-ci qrup: Braziliya, Yuqoslaviya,
Şotlandiya, Zair

3-cü qrup: Hollandiya, İsveç,
Bolqarıstan, Uruqvay

4-cü qrup: Polşa, Argentina, İtaliya,
Haiti

            Birinci qrupda ADR və AFR
futbolçuları qalib oldular. ADR komandası gələcək çempionu 1-0 hesabı ilə
məğlubiyyətə uğradaraq (topu 77-ci dəqiqədə Şparvasser vurdu) qrupda birinci
yeri tutdu.

            Ikinci qrupda Zair futbolçuları bir
xal belə qazanmadılar. 14 top buraxıb birini də vura bilmədilər. Lakin digər 3
komandanın bir biri ilə keçırdıyı oyunlar heç-heçə qurtardı. Onların hərəsi 4
xal topladı. Belə vəziyyətdə məsələni topların fərqi həll etməli idi, ikinci
yer tutmaq və mübarizəni davam etdirmək üçün braziliyalılar son oyunda
zairlilərə azı 3-0 hesabı ilə qalib gəlməliydilər. Jairzinyo, Rivelino və 82-ci
dəqiqədə Valdomironun zərbələri məqsədə çatmağa imkan verdi. Birinci yeri isə
10 vurub cəmi birini buraxan Yuqoslaviyalılar tutdular.

            Üçüncü qrupda Hollandiya futbolçuları
əla oyun nümayiş etdirdilər. Onlar uruqvay və Bolqarıstan komandalarını udaraq,
yalnız İsveçlə görüşdə 1 xal itirdilər və inamla 1-ci yerə çıxdılar. 2-ci yer 4
xal toplayan İsveç komandasına qismət oldu.

            Dördüncü qrupda Haiti komandası zəif
idi və hər 3 görüşü uduzdu. Lakin Argentina və İtaliya futbolçularının
imkanları yüksək qiymətləndirilsə də, qrupun qalibi Polşa oldu. Polşalılar hər
üç rəqibə qalib gəldilər (Argeninaya 3-2, Haitiyə 7-0 və İtaliyaya 2-1).
Argentina və İtaliya komandaları eyni miqdarda (3) xal topladılar. Topların
daha yaxşı fərqinə görə ikinci yer Cənubi Amerika futbolçularına qismət oldu.

            Ikinci mərhələdə iki qrup belə
formalaşdırıldı:

            A qrupu: Hollandiya,
Braziliya, ADR, Argentina

            B qrupu:
AFR, Polşa, İsveç, Yuqoslaviya

Hollandiyalılar
A qrupunda yarışları 1 top belə buraxmadan başa çatdırdılar. Nəticə: Hollandiya
4-0 Argentina; Hollandiya 2-0 ADR; Hollandiya 2-0 Braziliya. Braziliyalılar isə
iki qələbə qazanaraq (ADR ilə 1-0, Argentina ilə 2-1) ikinci yeri tutdular.

            B qrupunda meydan sahibləri 1 xal da
itirmədən finala vəsiqə qazandılar. AFR futbolçuları Yuqoslaviya komandasına
2-0, İsveç komandasına 4-2 və Polşa komandasına 1-0 hesabı ilə qalib gəldi.
Polşalılar Yuqoslaviya komandasına 2-1 və İsveç futbolçularına 1-0 hesabı ilə
qalib gələrək ikinci yer tutdular.

            Polşa və Braziliya komandalarının
çempionatda 3-cü yer uğrunda keçirdikləri oyunun taleyini 76-cı dəqiqədə
Lyatonun mərkəzdən qapıyadək irəliləyərək vurduğu yeganə top həll etdi (1-0).
Lyato çempionatda hamıdan çox – 7 qol vuraraq ən məhsuldar hücumçu oldu.

            Finalda AFR və Hollandiya
komandaları qarşı-qarşıya gəldi. Hesab 2ci dəqiqədə açıldı. Hollandiyalılar 11
metrlik zərbə ilə hesabı açdılar. AFR futbolçuları fasiləyədək hesabı
bərabərləşdirdilər və irəli çıxdılar. Topları 26-cı dəqiqədə 11 metrlik zərbə
ilə Braytmer, 43-cü dəqiqədə ilə Müller vurdular. Iki çempionatda (1970-ci və
74-cü illər) onun vurduğu qol sayı 14-ə çatdı.

            Beləliklə Almaniya
futbolçuları dünya çempionu adını qazandılar.
Onuncu
çempionat taamaşaçıların sayına görə əvvəlkilərin hamısını kölgədə qoydu: 1
milyon 774 min 22 azarkeş.

******************************

            Daha sxematik olaraq bax

******************************

            Videonu izlə

Views: 879 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz