Cümə, 10/May/2024, 08:43
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » İyul » 30 » Etibar Cəbrayıloğlu: "Xəzər Lənkəran"la nəfəs alanlara
18:39
Etibar Cəbrayıloğlu: "Xəzər Lənkəran"la nəfəs alanlara

                        

                      "Xəzər Lənkəran”la nəfəs alanlara

Kamranı Rednikin ahı tutdu, klubumuzun karvanı isə yavaş-yavaş "Karvan”ın ardınca  gedir...

 

 

"...Loxa lənət” yazım birmənalı qarşılanmadı. "Avrofutbol.com” saytının yaydığı, "Bosman” və "12-ci oyunçu”nun bir qədər də tirajladığı həmin yazıdakı bəzi mətləblər dostlarımızın xətrinə dəyib. Xüsusi ilə "12-ci oyunçu” azarkeş qrupunun saytındakı şərhlərdən aydın hiss etmək olur.

Mən buna normal yanaşıram. Şərh yazanların hamısı müəllifi tərifləsəydi, buna bəlkə də kədərlənmək olardı. "Xəzər Lənkəran” klubundakı bəzi şəxslərdən tam və tam fərqli tənqidlərə dözümlü yanaşan, ictimai rəyə böyük dəyər verən adamam. Yazını oxuyan, şərh yazan, fikirlərini bölüşən hər kəsə təşəkkürlərimi bildirirəm. Şərh müəlliflərindən bəziləri belə hesab edir ki, "...Loxa lənət” yazımda ən güclü azarkeş ordusu olan "Xəzər Lənkəran”a, "ağ-yaşıl”la nəfəs alan insanlara həqarət etmişəm. Bu əsla belə deyil. Lənkəranı canı qədər sevən, onun "ağ-yaşıl” klubu ilə nəfəs alan birisi kimi bu heç mənim ağlımdan da keçməyib və keçə də bilməz. Arada yalnış anlaşma varsa üzr istəməyə də hazıram. Keş ki, qürurumuzla oynamaqdan yorulmayan, hətta susanda da kobud səhv buraxan "Xəzər Lənkəran” yönəticiləri özlərində bircə dəfə cəsarət tapıb yapdıqları bunca pisliklərə görə sizlərdən, bizlərdən, hamımızdan üzr istəyəydilər.   

Şərh müəlliflərindən bəzisi yazır ki, "12ci oyunçunun” saytına rəqib komandaların fanatları da daxil olur və klubdakı durum barədə belə yazılar guya qarşı tərəfi sevindirir. Qardaşlar, nəfəs aldığımız "Xəzər Lənkəran” rəhbərliyindəki qeyri-peşəkarlıq, burada baş verənlər, Poznan məğlubiyyəti kiminsə yuxusunda baş vermir ki, başqa birisi görməsin, duymasın. "Xəzər Lənkəran”ımızın düşdüyü rəzil durum ortadadı. Bunu danmaq, gizlətmək, ört-basdır etməyə çalışmaq ancaq və ancaq klubun rəhbərliyindəki birilərinə yaraşar. Bu cameənin insanları belə addımı heç zaman atmazlar.

O ki, qaldı Subaşiçlə model Validə Abbasova məsələsinə. Bu da elə-belə, havadan götürülmüş məsələ deyil. Klubun gözünün ağı-qarası, hücumdakı tək ümidi Subaşiç  Abbasova ilə aralarındakı isti münasibətlərini mətbuata verdiyi açıqlamalarda da gizlətməyib. Heç model də bunu inkar etməyib. Ötən yazılarımın birində səsləndirdiyim fikrin üstündə qalıram. Subaşiç "Xəzər Lənkəran”a ölkənin futbol təsərrüfatında söz sahibi olan birisi tərəfindən üzr istəyirəm, soxuşdurulub. Yuxarıdakı day-dayı bu gün də onu himayə edir. Klubun rəhbərliyində bunu danmağa hazırlaşan biri varsa çıxsın irəli.

Qardaşlar, bu gün "Xəzər Lənkəran” rəhbərliyində futbol adamı olmayan tək klubdu. Bu insanlar bayaq qeyd etdiyim kimi, hətta susanda da kobud səhv buraxırlar.

Gördüyü işlərlə hamımızın qürur mənbəyinə çevrilən Mübariz Mənsimov öz vəsaiti ilə Lənkəranda möhtəşəm stadion tikdirir. Elə bir stadion ki, ox olub çoxlarının gözünə batır. Amma bu arenaya cavabdeh olan Höccət Hacıyev nə az, nə çox düz 5 ildən sonra başa düşür ki, press-loja arenanın mərkəz hissəsində olmalıdı.

"Nimme Kalyu” ilə oyundan öncə dəfələrlə yazdım, estonlarla Lənkərandakı qarşılaşmadan dərhal sonra elə stadiondaca klub təmsilçilərinin gözlərinin içinə dedim ki, "Xəzər Lənkəran” Avroliqada uğur qazanacaq səviyyədə deyil. Bu durumda biz ancaq Mingəçevirin "Energetik” komandası ilə oynaya bilərik. "Lex” mənə və fikirdaşlarıma gülən klub rəsmilərinə sübut etdi ki, bircə mərhələ keçdiyimiz "Nimme Kalyu” elə "Energetik” səviyyəli komandadı.

Önəmli transfer etmədən Poznana getməyin sonu belə də olmalı idi. Həmişə transfer məsələsində adı birinci hallanan Tuyqun Nadirov indi qalstuklu yaxasını kənara çəkmək istəyir. Deyir ki, guya baş məşqçinin işinə qarışmır. Bu hərəkətsizlik əməlinizə bəraət qazandırmır, cənab həkim. Vitse-prezident kimi siz bu çatışmazlığı görməli və Yunis Hüseynovdan tələb etməli idiniz. Problemi görməmisinizsə bu böyük qeyri-peşəkarlıqdı. Görüb heç bir addım atmamısınzsa bu lap yekə qeyri-peşəkarlıq sayılır.

Klub rəhbərliyindən kimi dindirirsən deyir ki, oyunçu tapılmır. İcazə verin soruşaq, əzəli rəqibiniz "Neftçi”, başqa klublar oyunçuları hardan tapır?

Bizim "Energetik”-estonların "Nimme Kalyu”suna qalib gələndə Tuyqun Nadirov saniyədə 17 qəzet və telekanala müsahibə verirdi. Hətta ütünü yandıranda da vitse-prezident görünürdü. İndi Bəşər Əsədi görən var, həkim Nadirov isə gözə görünmür. 

Klub rəhbərliyi guya çıxış yolu tapdı.  Kamran Ağayevi, Rendal Brenesi və Rikardo Qomeşi transferə çıxardı. Buna bizdə deyirlər üzrü günahından betər.

Cənab "peşəkarlar” Kamranı indi yox, Rednikə qarşı qiyam qaldıranda qovmaq lazım idi. Azərbaycanın son illər yetişdirdiyi ən güclü qapıçı "Xəzər Lənkəran”da qaldıqca top tutmaq əvəzinə qafiyə tutmaqla məşğul oldu. Əvvəlcə bacarığını, sonra azarkeş sevgisini, ən sonda isə işini itirdi. Onu Rednikin ahı tutmalı idi, tutdu da.

Yeri gəlmişkən, Mirça Rednik Kamranın transferə çıxarılmasına bayatı ilə münasibət bildirib:

 

                 Qaşların qələmgahdı,

                 Əymə onu günahdı.

                 Kamran ordan qovulsa,

                 Bil ki, mən çəkən ahdı.  

 

Qomeşin durumunu isə hamı görürdü. Hamı çoxdan görürdü ki, Qomeş Rednikin zamanında göstərdiyi oyundan çox uzaqdı. Hamı görürdü, hətta qızlardan ibarət otüstü milli hokkey komandamızın baş məşqçisi də. Bircə klubumuzun başbilənləri durumu veclərinə almırdılar. İndi isə sifariş ərizəsini doldurmağa oyunçu tapmırlar.

Bu köşəni hazırlayarkən sevimli futbol qəzetim olan "Futbol+”də baş məşqçi Yunis Hüseynovun müsahibəsini oxudum. Yunis bəy bildirir ki, ölkəmizdə 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləndə "Xəzər Lənkəran” oyunlarını "Karvan”ın Yevlaxdakı stadionunda keçirə bilər.

Məncə həyatda təsadüf heç nə olmur. "Xəzər Lənkəran”ın karvanı yavaş-yavaş "Karvan”ın ardınca gedir. 

Hələlik bu qədər. Bu yazını "Xəzər Lənkəran”la nəfəs alanlar üçün yazdım. Tuyqun Nadirova, Səməd Mustafayevə, Höccət Hacıyevə nəfəs verənlərin bu yazını oxumasını məsləhət görməzdim...

Views: 531 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 beshir baki veladli   (30/İyul/2012 21:33) [Daxil Olunan]
salam bu cunki mashqdan na xabar/

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz