Şənbə, 20/Apr/2024, 12:38
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » İyun » 7 » Azərbaycanın adını yüksəklərə qaldırmağı arzulayana indi XƏYANƏTKAR deyilirsə…
19:14
Azərbaycanın adını yüksəklərə qaldırmağı arzulayana indi XƏYANƏTKAR deyilirsə…


            Öncə onu qeyd edək ki, 17 yaşlılardan ibarət yığma komandamızın aparıcı üzvü və "Xəzər Lənkəran" klubunun yetirməsi olan Elnur Cəfərov əsas heyətə namizədlərdən biri kimi "Xəzər Lənkəran"la birlikdə Avstriyaya təlim-məşq toplanışına getməliydi. Lakin son anda onun valideynlərinin də istəyi ilə kiçik yaşlı futbolçumuz bu səfərdən imtina edib. İlk baxışda bu qəribə göründüyündən bəzi mənbələr hətta onu Azərbaycana və Lənkəran xalqına xəyanətdə suçladılar. Biz isə hamıya soyuq başla fikirləşməyi məsləhət görürük. 

            Belə ki, az yaşlı futbolçumuzu bu  ittihamda suçlayanlar özləri hər hansı bir futbolçumuzun ölkəxaricində oynamasını həmişə alqışlamayıblarmı? Elə Vaqif Cavadovun "Tvente" misalında bunu söyləmək olar. O vaxtı bütün hər kəs və xüsusən mətbuat da Vaqif Cavadovun hansı məşqdə neçə dəqiqə iştirak etməsindən bol-bol yazırdı.

            Təki bu uşaq da xaricə çıxıb parlasın. Elə bu da "Xəzər Lənkəran" məktəbinin uğuru sayılmazmı? Əslində, Elnur Cəfərov və ya digər birinin xüsusən də Lənkəran futbol məktəbinin yetirməsi olan hər hansı futbolçunun komandamızın əsas heyətində parlayaraq bir neçə il və ya daimi olaraq çıxış etməsini biz də istərdik. Belə istedadlı, özü də azyaşlı futbolçunu, atasını və hətta ailəsini xəyanətdə suçlamaq ona qarşı təzyiq və haqsızlıqdır. Bu istedada dayaq olmaqdan, hansısa maraqlara görə onu sındırmaq qəbulolunmazdır. Bir daha deyək ki, hər hansı bir azərbaycanlının xarici dövlətlərin futbol meydanlarında ölkəmizi təmsil etməsi uğur sayılırsa, onda bu anormal yanaşma nədən qaynaqlanır? Onda belələrinin fikrincə, Leonel Messi Argentina xalqına, Kriştianu Ronaldo Portuqaliya xalqına, Ronaldinyo Braziliya xalqına, Zinəddin Zidan isə Əlcəzair xalqına xəyanətdə suçlanmalıdır? Bu gənc istedada dəstək olmaq əvəzinə heç olmasa, mane olmayaq!

"BOSMAN" olaraq bizim yanaşmamız bu formadadır.

İndi isə bu gənc istedadın "Sportal.az" saytına müsahibəsini təqdim edirik.

             

  

 - Öncə özün barədə məlumat verərdin…

 

- 1997-ci il martın 28-də Lənkəranın Digah kəndində doğulmuşam. Ailədə 4 nəfərik. Valideynlərim, qardaşım və mən.

 

 - Hansı məktəbdə təhsil alırsan?

 

- Vidadi Qasımov adına Digah kənd orta məktəbində 9-da oxuyuram.

 

 - Futbola gəlişin necə olub?

 

- Lənkəranda başlamışam. Atam məni futbola yazdırıb. Ümumiyyətlə, indi futbolçu olmağımda atamın və məşqçim Məhərrəm Bağırovun danılmaz zəhməti var.

 

 - Ailədə səndən başqa futbolla əlaqəsi olan var?

 

- Təkcə mən futbolçuyam. Amma ailəm mənə böyük dəstəy olur. Atam özü də futbolçu olub. Atamın adı Maildi. O, vaxtilə Masallının "Viləş” komandasında oynayıb.

 

 - "Xəzər Lənkəran”dakı durumun nə yerdədi?

 

- Məni əsas komandaya cəlb etmək istəyirdilər. Avstriyaya təlim-məşq toplanışına aparmağı təklif etdilər. Amma yorğun olduğumdan getmədim.

 

 - Bəs indi necə olacaq? Əvəzedici heyətə cəlb edilirsən?

 

- Xeyr. Ümumiyyətlə, mənim "Xəzər Lənkəran”la müqaviləm başa çatıb. Əsas komandaya getməyi isə, nə mən, nə də atam istədi.

 

 - Deməli, "Xəzər Lənkəran”dan ayrılacaqsan?

 

- Yəqin ki, elə olacaq.

 

 - Təkliflər var?

 

- Bəli, var. "Qəbələ” məni öz heyətində görmək istəyir. Bir neçə klub da var ki, təklif göndərib. Amma bu məsələləri mən yox, atam həll edir.

 

 - U-17-ə nə vaxtdan cəlb olunursan?

 

- Artıq ikinci ildir. U-16 toplaşandan bu komandadayam. Yenicə U-17 olduq. Yəni təzə komanda yaranan gündən buradayam.

 

 - Yığmanın heyətində çoxlu səfərlərdə olursan. Xarici klublardan necə, dəvətlər almısan?

 

- Xarici klublardan da məni istəyən var. Elə çox güman ki, karyeramı Azərbaycandan kənarda davam etdirdim. Mənim arzum ölkədən kənarda oynayıb, Azərbaycanın adını yüksəklərə qaldırmaqdı.

 

 - Axı "Xəzər Lənkəran” sənin üçün doğma komandadı. Nəyə görə oradan ayrılmağa qərar vermisən?

 

- Düzdür, doğma komandamdı. Amma xarici klublarda oynamaq, Lənkəran və Azərbaycanın adını yüksəklərə qaldırmaq uşaqlıq arzumdu.

 

 - İdealın kimdi?

 

- Oyun stilimi Burak Yılmaza bənzədirlər. Amma mən Lionel Messini çox sevirəm. Onun yolunu tuturam. Çünki həm güclü, həm də sadədi.

 

 - Əsasən hansı mövqedə oynamaq sənə rahat gəlir?

 

- Hücum xəttində oynamaqmənə rahatdı.

 

 - Səncə, əsas üstünlüyün nədir?

 

- Məşqçilərimin dediyinə görə, sürət və texnikam əsas üstünlüyümdü.

 

 - Çoxlu qol şansları yaxalasan da, onlardan az sayda istifadə edirsən. Bunu nə ilə əlaqələndirərdin?

 

- Düzdür. Qol şanslarım çox olur, amma vura bilmirəm. Çünki mən topu saxlayıb, sonra vurmağı xoşlayıram. Amma məşqçilərim deyir ki, bir toxunuşlu zərbələr daha məqsədəuyğundu. İndi onun üzərində çalışıram.

 

 - Bakıda keçirilən ikinci "Caspian Cup” turniri yenicə başa çatdı. Finalda hansı səbəbə Gürcüstana məğlub oldunuz?

 

- Final oyunumuz alınmadı. Əsasən də hücum xəttində. Qol vura bilmədik, gürcülərsə bir qol vurub qələbə qazandı.

 

 - Bir neçə ildən sonra səni əsas millidə görə biləcəyik?

 

- Bu haqda heç nə deyə bilmərəm. Onu Allahdan başqa heç kəs bilmir. İnşallah ki, oynayaram.

 

 

Views: 519 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 malik   (07/İyun/2012 20:19) [Daxil Olunan]
Biz saninla faxr edirik

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz