Bu
gün Antalyanın Bələk bölgəsində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran”
ikinci yoxlama oyununa çıxacaq. İlk oyunda həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı
Qazaxıstanın "Atırau” komandasına 1:2 hesabı ilə məğlub olan komandamız bu gün
Türkiyənin Superliqa təmsilçisi "Kasımpaşa” ilə yoxlama görüşü keçirəcək. Görüş
bizim vaxtla 17:00-da start götürəcək.
İlk
yoxlama görüşündə "Atırau”ya məğlub olan komandamız, düşərgədə baxışda olan bir
neçə futbolçunu geri göndərib. Buna baxmayaraq, komandamızla birlikdə Antalyada
olan və təlim-məşq toplantısını daha yaxından izləməklə media üçün materiallar
hazırlamaq funksiyasını həyata keçirən "Futbol+” qəzetinin bölgə müxbiri Hüseyn
Cəbrayıloğlunun mənsub olduğu qəzetə verdiyi məlumata görə dünən "Xəzər Lənkəran”
ikinci yoxlama oyunu öncəsi baxışda olan üç futbolçu Kosmin Vatça, Andrey
Mureşan və Simao Bruno ilə münasibətlərini rəsmiləşdirib.
Komandanın
düşərgəsini "Atırau” ilə keçirilən yoxlama oyununda ayağından ciddi zədə alan
Ruslan Poladov və "Muğan” klubu ilə yaranan problemə görə Anar Qasımov tərk edərək
vətənə yollanıblar. Digər baxışda olan futbolçulardan Vlad Bujor məşqçilər
korpusunun etimadını doğrultmadığına görə, Jerom Polenz isə həyat yoldaşının Azərbaycana
gəlmək istəməməsinə görə düşərgədən ayrılıblar.
|