"Xəzər Lənkəran”
komandasında cəmi bir il çalışan Mirça Rednik çempionatda ikinci yeri tutmaqla
ölkə kubokuna da sahib çıxmasına baxmayaraq, son dörd gün ərzində klubla ikinci
dəfə problem yaşayıb.
Klub rəsmiləri əməkhaqqı
ilə əlaqədar olaraq problemləri yoluna qoyacağına söz verdiyindən futbolçular
düşərgəyə dönmüşdü. Ancaq bu məsələ tam həll olmadığına görə Rednik başda
olmaqla məşqçilər korpusu Lənkərana dönməyib Bakıda qalmışdı. Futbolçuların əməkhaqqı
məsələsi həll olunmadığından Mirça Rednik
klubuna əlvida deməli olub.
Mirça Rednik
Rumıniyanın "GSP.ro” saytına həm də artıq Azərbaycanın iki komandasından da təklif
aldığını bildirib. Lakin "Styaua” variantı olduğundan o, əsasən bu haqda
düşündüyünü bildirib. Komandanın bütün futbolçuları hələki Lənkərandadır. Amma
qorxuram ki, danışıqlar uğursuz alınsın.
"GSP.ro” saytı həmçinin
sonda "Xəzər Lənkəran”ın sükanı arxasında olduğu müddətdə Mirça Rednikin
çempionatın gümüş medallarına sahib çıxmaqla yanaşı, ölkə kubokunu qazandığını
da bir daha yada salıb.
|