Bazar Ertəsi, 13/May/2024, 07:26
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » May » 15 » “Onu “Xəzər Lənkəran”a gətirəcəyik”
14:21
“Onu “Xəzər Lənkəran”a gətirəcəyik”

 

       "Onu "Xəzər Lənkəran”a gətirəcəyik” 

 "Lazım olsa, qapıya da transfer edəcəyik” 

 

 "Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayevin apasport.az saytına müsahibəsi

 

- Komandanızın baş məşqçisi Yunis Hüseynovla birgə Rumıniyaya səfərinizin məqsədi nədən ibarətdir?

 - Qısamüddətli səfərdir, artıq qayıtmağa hazırlaşırıq. İnşallah, sabah Azərbaycanda olacağıq. Rumıniya çempionatında bəzi oyunlara baxdıq. Ancaq əsas məqsədimiz rumıniyalı sabiq futbolçumuz Manuel Skarlatakenin məsələsi ilə bağlı idi. Buxarest "Dinamo”sunun şərəfini qoruyan müdafiəçinin keçidi üçün danışıqlara gəlmişik. Yunis müəllim onu iş başında görmək istəyirdi. Şənbə günü "Dinamo”nun "Mloveni” ilə ev oyunu vardı. Həmin matçı stadiondan canlı izlədik. İnşallah, futbolçunun məsələsinə Buxarest təmsilçisinin prezidenti ilə görüşümüzdə aydınlıq gətirəcəyik. Manuelin hələ "Dinamo” ilə 2 illik müqaviləsi var. Qarşılıqlı razılıq olsa, onu "Xəzər Lənkəran”a gətirəcəyik.

- Bu məsələyə vətənə dönüşünüzə kimi aydınlıq gələcəkmi?

 - Bəli. "Dinamo”nun prezidenti ilə oyun qabağı görüşümüz oldu. Söhbət eləsək də, görüş bu günə nəzərdə tutulub. Həmin vaxt futbolçunun məsələsinə tam aydınlıq gələcək. Onun 2 illik müqaviləsinin olmağı bir az çətinlik yaradır. İndi hər şey klubdan asılıdır. Skarlatakenin özü ilə də görüşdüm. Yenidən bizim komandada çıxış etmək istəyir. Ancaq biz futbolçunun müqaviləsi olduğu üçün, klubu ilə razılığa gəlməliyik.

- Yunis Hüseynovun Skarlatake ilə bağlı təəssüratı necə oldu?

 - Yunis müəllim bizdə olan köhnə oyunların disklərinə baxdığından, təxmini məlumatı vardı. Ancaq istədi ki, onun oyununa canlı baxsın. Təəssüratları pis olmadı. Futbolçunun özü gəlmək istəyir. Baş məşqçi də onu komandada görməyi arzulayır. Yalnız klubla məsələni həll etmək qalır ki, onu da danışacağıq.

- Manuel həmin oyunda necə təsir bağışladı?

 - "Dinamo” həmin matçda 4:1 hesabı ilə qalib gəldi ki, Manuel də yaxşı oynadı.

- Səfər vaxtı Rumıniya çempionatında çıxış edən digər futbolçuları da izləmək imkanınız oldu. Hansısa futbolçular diqqətinizi cəlb edib?

 - Konkret oyunçular haqda bir şey deyə bilmərəm. Ancaq biz Buxarestdə 1-2 matçı izlədik. Bu, "Rapid” – "Panduri”, "Styaua” – "Çahlaul” oyunları idi. Biz bütün oyunçulara baxdıq. Ancaq maraqlandığımız futbolçu yoxdur.

- Təbii ki, Avroliqaya hazırlıq dövründə yeni futbolçular cəlb edəcəksiniz. Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?

 - Hücum, yarımmüdafiə və müdafiə xəttinə. Yəni, hər xətdə oyunçu axtaracağıq.

- Qapıya da?

 - Yəqin ki, bu mövqeyə sonda müraciət edəcəyik. 3 qapıçımız var. Bunlar Kamran Ağayevlə yanaşı, Kamal Bayramov və Orxan Sadıqlıdır. Lazım olsa, qapıya da transfer edəcəyik. Ancaq məncə, bu, lazım olmayacaq. Buna Yunis müəllim qərar verəcək.

- Komandadan gedən futbolçularla bağlı məsələyə aydınlıq gətirmisinizmi?

 - Biz axırıncı turda "Qarabağ”la oyundan dərhal sonra, səhərə yaxın bura gəlmişik. Buna görə hələ heyətlə bağlı məsələləri danışmamışıq. İnşallah, bununla bağlı toplantı olacaq. Orada məruzə olunacaq ki, hansı futbolçular gedir, hansılar qalır. Bu, qarşıdakı günlərdə olmalıdır.

- Avroliqaya hazırlıq məqsədilə nə vaxt yığışacaqsınız?

 - Biz bu ayın axırında – 30-31-də bir araya gələcəyik. Öncə Bakıda, və ya Lənkəranda yığışacağıq. İyunun 5-6-da Avstriyaya təlim-məşq toplanışına yollanacağıq.

- Legionerləriniz birbaşa ora gələcək?

 - Buna Yunis müəllim qərar verəcək. Ola bilər ki, uzaqdan, Braziliyadan olan legionerlərimiz birbaşa Avstriyaya gəlsinlər. Ancaq digər əcnəbi futbolçularımızın hamısı Azərbaycandan gedəcək.

- Avstriyada yoxlama oyunlarında rəqiblər müəyyənləşibmi?

 - Hazırda bu haqda heç danışmamışıq da. Heyətlə bağlı, təlim-məşq toplanışında oyunların günləri, rəqiblər kimlər olacaq – bunların hamısı Bakıya döndükdən sonra müzakirə olunacaq. Bununla bağlı iclas keçiriləcək, danışılacaq və bundan sonra bəli olacaq.

 

Mehman SÜLEYMANOV  

Views: 462 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz