Şənbə, 11/May/2024, 09:01
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » İyul » 26 » Olum ya ölüm!
19:12
Olum ya ölüm!


            "Xəzər Lənkəran”
"Makkabi” Hayfa qarşısında öz meydanında diz çökdürüldü 0-8.  Məgər rəqib meydanında iki cavabsız top
buraxan komanda evdə daha yaxşı nəticəyə nail ola bilməzdi? Kimlər və nə bu diz
çökdürməni təşkil etmişdi? Nə idi bu diz çökmənin səbəbi?



            Artıq biz üç ildi ki, bunların
anatomiyasını, etiologiyasını (yaranma səbəblərini), klinikasını (gedişsatını),
patogenezini (nələrə gətirib çıxaracağını) söyləyirik. Söylədikcə də kimlərinsə
yanında pis olur, hətta təhdidlərlə üzləşirik. Bəzən isə "öz azarkeşlərimiz”in
bəziləri bizi nədə isə suçlayır, kiminsə adamı olmaqda, kimlərdənsə pul almaqda
ittiham edirdilər. Belə şərəfsizlər indi də var bəlkə. Sakitlik yaradanda,
deyir satılmısız, tənqid edəndə deyir klubla düşmənçilik edirsiz. Əllərindən
heç nə gəlməyən bədxahlar, indi bu diz çökmənin acısınımı yaşayır, bəlkə də
sevincini...



            Üç il bundan qabaq Rednikə mane olan
nakəslərlə mübarizə apardıq. Apardıq ki, bu gün bu diz çökmə olmasın. Bunu o
zaman görürdük. Amma hərə bir yandan Rednikin güclü "Xəzər Lənkəran”ını zəiflətməyə
çalışırdı. Özü də kişi kimi yox, ən axırıncı yollara əl atmaqdan belə çəkinmirdilər.
Təəssüf ki, klub başbilənləri də AFFA-da işləyən bəzi, öz təbirləri ilə söyləsəm,
qaraçıların fitnələrinə uydular. Onların klubun daxili işlərinə qarışmasına
meydan verdilər. Onların komanda daxilindəki, əlaltılarını əzizlədilər, yuxarı
başda yer verdilər. Bu gün də klubda belələri çalışır. Bunu özləri də bilirlər.
Belələrini ona görə saxlayırlar ki, onların əqidəsizliyindən həm də özləri üçün
istifadə etsinlər. Daha bilmirlər ki, əqidəsizlər həmişə ikibaşlı oyun oynayır.
Hələ də belə davam edəcəksə, azarkeşlər və müqəddəs baxdıqları klubun başına
çox oyunlar gələcək. Onlar bu işlərdən pul qazanıb istəklərinə nail olurlar.
Bizimkilər isə istər klubun sahibi olsun, istərsə də azarkeşlər pullarını da xərcləyir,
sağlamlıqlarını da təhlükə altına qoyurlar.



            Bir çoxları kimi mənim də haqqım var
bunları deməyə. Bir dəfə komanda haqqında İslam Cabbarlıyla uzun müzakirələr
zamanı qəfil özümü pis hiss etdim və bu pis hissetmə mənə ya həyatımı ya da
sağlamlığımı ömürlük itirmə bahasına başa gələcəkdi. Əsəblərin cövlan etdiyi
bir vaxtda hipertonik krizlə xəstəxanaya yerləşdirildim. 6 saat ölüm dirim
mübarizəsindən sonra həkimlər vəziyyəti stabilləşdirməyə nail oldular. Bir az
qalıq qalsa da düz bir ay yataq rejimindən sonra yavaş-yavaş ayağa durdum və
qalan qalıq da təxminən bir ay olar ki, tam aradan qalxdı. Klubdan pul alırsız
deyən şərəfsizlərə onu demək istəyirəm ki, müalicə və ondan sonrakı işləyə bilmədiyim
aylarda Allahın köməyi və bir də özümün hesabına ailəmi dolandırdım. Rahat ola
bilərsiniz, dost qohumdan başqa heç kim gəlib qapımı açmadı,  heç sizin düşündüyünüz kimi klub əməkdaşları
da. Bunları deməkdə məqsədim odur ki, mən və məni kimi komandanı sevən insanlar
bu işdən pul qazanmır, əksinə sağlamlığımızı təhlükəyə atırıq.



            Rednikin komandada qalması üçün, əlbəttə
bu komandanın xoş gələcəyi üçün idi, nələr etmədik. Bu zaman bizimlə
çiyin-çiyinə olanların hamısına bir daha minnətdarlığımı bildirirəm. Biz nələr
etmədik. Amma klub rəhbərliyi o zaman nakişilərin çaldığı ilə oynadı. Məşhur
altı şikayətçi, öyrədilmiş alçaq futbolçuların istəyinə uyğun hərəkət etdi,  alicənab və gözəl mütəxəssis olan Redniki
günahkar bildi. O da kişi kimi tüpürüb çıxıb getdi.



            Bu səhv atılan addımdan sonra
komandanın başına nələr gəldi, hamı çox gözəl bilir. Sonra həmin futbolçulardan
bir neçə dəfə də eyni şəkildə istifadə olundu. Həmin rəzillərə yaxşı şərait də
yaratdılar. Rəzil xidmətlərinə görə. Sadə azarkeş isə inlədi, özünə qapandı və
sevgisi onu yenə də komandasına dəstək olmağa çağırdı. Bu zaman axırıncı çörək
pulunu da dərman pulunu da biletə verdi. Şərəfsizlər isə bu sevgidən para
qazanmaqda davam edir.



            Klub rəhbərliyində olanlar onlara bu
pis işlərdə aldandıqlarını və onların pis əməllərinə şərik olaraq öz
ayaqlarının altını qazdıqlarını kubokun finalında başa düşdülər bəlkə də. Bir də
bizim fəxri prezidentə müraciətimizdən sonra müəyyən şeylər aydınlaşdı və o
komandadakı işləri nəzarətinə götürdü. Bundan sonra yaranmış ümidləri bir də bədxahlar
və onların komanda daxilindəki əlaltıları son "Makkabi” oyununda həyata keçirdilər.
Artıq buna nail də oldular, komandanı diz də çökdürdülər, tarixinə qara hərflərlə
yazılacaq 0-8 ev məğlubiyyətini də rəsmiləşdirdilər. Bəli, Rednikin dönəmindəki
şərəfsizlik bir də baş verdi. İndi bundan sonra klubun atacağı addımlar o dönəmdəki
kimi təkrar olunacaqsa, daha bu komandadan heç nə gözləməyə dəyməz. Onda şəxsən
mən və bu fikirdə olan təmiz ürəkli azarkeşlər birdəfəlik bu komandaya arxa
çevirib getməkdən başqa yolumuz qalmayacaq. Bu son şansdır. Yox əgər başı
daşdan –daşa dəymiş və hətta çoxlarının gözlərində cılızlaşdırılmış rəhbərlik
eyni səhvləri təkrar etməyib itirilmiş nüfuzunu qaytarmaq istəyirsə, onda baş məşqçini
müdafiə etməli, onun əleyhinə kimlərinsə köləsi olaraq işləyən futbolçuları və
kimliyindən asılı olmayaraq hər kəsi, iti qovan kimi qovmalıdır.



            Toşakın bu məğlubiyyətdə heç bir səhvini
görmürəm. Amma, o, özü bütün səhvlərin onda olduğunu və hər şeyə cavabdeh
olduğunu bildirir. Bu onun böyüklüyündən irəli gəlir. Amma Toşak bununla
bildirmək istəyir ki, həmin satqınları görə-görə niyə vaxtında onlara qarşı
ciddi tədbirlər görməyib. Onun yeganə səhvi budur. İndi biz hamımız, azarkeşlər
və o cümlədən klub sahibləri  həqiqəti dərk
ediriksə, onda Toşakın müdafiəsinə qalxmalıyıq, komandaya uzanan çirkin əlləri
kəsməliyik. Bu, eyni zamanda "Xəzər Lənkəran”ı bəlalardan qurtarmağın yeganə
yoludur. Toşaka yeni komandasını qurmaqda azarkeşləri və klub sahibini yardımçı
olmağa çağırıram. Əks halda, daha əvvəlki üsullarla idarə olunan "Xəzər Lənkəran”
bizim üçün yoxdur.



            Mirhafiz Babayev           26. 07. 2013



Views: 396 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz