Bazar Ertəsi, 13/May/2024, 13:39
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyun » 16 » İyunun 20-si Nyonda komandamızı kim təmsil edəcək
18:13
İyunun 20-si Nyonda komandamızı kim təmsil edəcək

            Bildiyimiz kimi bu mövsüm "Xəzər Lənkəran” həm ölkə çempionatının gümüş medalçısı kimi Avropa Liqasında Azərbaycanı təmsil edəcək üç komandadan biri oldu. Əgər məsələ bununla bitsə idi komandamız Avropa liqasında yarışlara ilk təsnifat mərhələsindən qoşulacaqdı. Lakin komandamız ölkə kubokunda da inamlı çıxışı ilə əlaqədar olaraq finala yüksəldi və finalda da qalib gəlməklə kubokun sahibi ola bildi. Məhz buna görə "Xəzər Lənkəran” komandası Avropa Liqasında yarışlara daha reytinqli formada, yəni ikinci təsnifat mərhələsindən qoşulmaq hüququ qazanmış oldu.

            Belə ki, iyunun 20-də İsveçrənin Nyon şəhərində həm Çempionlar Liqasının və həm də Avropa Liqasının birinci və ikinci mərhələlərinin püşkü atılacaq. Yalnız o zaman komandamızın rəqibi tam və ya qismən müəyyən olunacaq. Qismən ona görə deyirik ki, mövcud reqlamentə görə birinci mərhələdə bütün komandaların rəqibləri əlbətdə ki, püşkdə müəyyən olunur. İkinci mərhələdə isə bəzi komandaların rəqibləri püşk vasitəsi ilə müəyyən olunsa da digərlərinin rəqibləri birinci mərhələdə hər hansı cütlüyün qalibi olacaq komandanın kimliyinə aydınlıq gələndən sonra müəyyənləşir. Belə ki, komandamızın ikinci təsnifat mərhələsindəki rəqibi ya konkret püşk vasitəsi ilə müəyyənləşəcək, ya da həmin rəqib birinci mərhələdə görüşəcək hər hansı iki komandadan biri, yəni cütlüyün qalibi olan komanda olacaq. Avrokuboklardakı digər təmsilçilərimiz kimi, "Xəzər Lənkəran” da iyunun 20-də keçiriləcək Avropa Liqasının püşkatmasını gözləyir.

Bildiyiniz kimi Nyonda keçiriləcək bu püşkatma mərasimində iştirakçı olan bütün komandaları hər hansı formada nümayəndə heyəti təmsil edir. Artıq komandamızı da sözügedən mərasimdə kimlərin təmsil edəcəyi müəyyənləşib.

            Belə ki, iyunun 20-də İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə "Xəzər Lənkəran”ı klubumuzun vitse-prezidenti Tuyqun Nadirov və "Xəzər Lənkəran Mərkəzi stadionu”nun direktoru, eyni zamanda komandamızın icraçı direktoru olan Höccət Hacıyev təmsil edəcək. Komandamıza 2011/2012 Avropa Liqası turnirində inamımız çox böyükdür. "Xəzər Lənkəran” klubuna onun azarkeşləri olaraq yüksək oyun səviyyəsi və bunun nəticəsində də qalibiyyətlər, həmçinin ölkəmizdə ilk olaraq komandamızla qrup mərhələsində iştirak etmənin sevincini yaşamaqla bir tarix yazmağı arzulayırıq.

Views: 425 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz