Bildiyimiz kimi bu günlərdə tanınmış jurnalist Etibar Cəbrayıloğlu 45-ci
doğum gününü qeyd edib. Etibar bəy
jurnalistikada sözünü demiş istedadlı bir şəxsiyyətdir. Məhz şəxsiyyət sözünü
ona görə işlədirik ki, onun cismində sənətinə olan hörməti, bu barədə daim
araşdırıcılıq etməklə yazıb-yaratma xüsusiyyətləri, çoxlu tələbə yetişdirərək
gənc nəslə də bu sahədə dürüstlüklə fəaliyyət göstərməyi aşılaması və bununla
da gəncliyə və gələcəyə bir növ borcunu şərəflə verməsi, vətəninə, yurduna
sonsuz tellərlə bağlı bir insan olması, əsl peşəkar, həm əsl dost, və əsl bir
azərbaycanlı kişisi kimi bir gözəl ailə başçısı olması onu doğurdan da bir
şəxsiyyət kimi xarakterizə etməyə əsas verir.
Etibar bəy həm də
idmanı və onun şahı sayılan futbolu doğma yurdun futbol klubu olan "Xəzər
Lənkəran”nın simasında çox sevir, onun ağ günləri üçün qələmi ilə və həm də "Bosman”
fanklubunun üzvü kimi döyüşür.
Etibar bəyi 45-yaşının
tamam olması münasibəti ilə bütün "Bosman”çılar adından təbrik edir, ona can
sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayaraq onu demək
istəyirik ki, nə yaxşı ki, cəmiyyətimiz sizin kimi insanlardan xali deyil. Yüz
yaşa Etibar bəy!
Qeyd edək ki, bu barədə daha geniş məlumat və müsahibə ilə çıxış edən "Modern.az” saytı
olub ki, aşağıda təqdim etdiyimiz keçid vasitəsi ilə sizi bu geniş materialla
tanış etməyi lazım bilirik. Həmçinin onu da qeyd etmək istəyirik ki, bir çox media vasitələrində də Etibar bəy geniş təbrik olunub.
http://modern.az/articles/32015/1/