Bazar, 12/May/2024, 15:40
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  May 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » May » 26 » Demədik ki, "Odla oynamağı bacarmayan kül olar!
11:01
Demədik ki, "Odla oynamağı bacarmayan kül olar!


         

 

 

18-ci Azərbaycan kubokunun finalından əvvəl saytımızda belə bir yazı getmişdi : "Odla oynamaq istəyən Bakı”.  Finalda "Xəzər Lənkəran”la qarşılaşmalı olan "Bakı”nın futbolçuları və bəzi rəsmi şəxsləri özlərini "Xəzər lənkəran”dan güclü saydıqlarını, mütləq qələbə çalacaqlarını, etik normalara sığmayan formalarda bəyan edirdilər. Hətta "Fanat.az” saytında ""Skuliç, "Xəzər Lənkəran”a barmaq silkələdi” kimi müsahibələr vermişdilər. 32-ci turda komandamızı çempionluqdan edən "Bakı” ğörünür, özündənrazı və başgicəllənmə içində nə dediyinin fərqində deyildi.

Bütün bunlar da biz "Xəzər Lənkəran” azarkeşlərini hiddətləndirdi ki, nəticədə yadınıza saldığımız yazı ilə çıxış etdik. Hadisələrin sonrakı axarı da göstərdi ki, "Bakı” nəyin bahasına olursa olsun , bütün insani və futbol centlmenliyinin ziddinə olsa belə qələbə istəyində imiş. "Xəzər Lənkəran” hücumda olduğu an sənin oyun epizodundan xeyli uzaqda olan oyunçun hücuma əngəl törətmək üçün yalandan özünü yerə atıb hücumun dayandırılmasına səbəb olursa ("Bakı”nın tarixi belə hallarla zəngindir, xüsusən "Xəzər Lənkəran”a qarşı), "Fair Play” qaydalarına əsasən "Xəzər Lənkəran”lı futbolçular oyunu saxlayırsa və sonra top oyuna daxil edilərkən qapıçının önə çıxdığını görüb "Fair Play” qaydalarına zidd, namərdcəsinə toppu onun üzərindən boş qalmış qapıya göndərirsənsə, sonra da meydanda bir-birinizin üstünə uzanaraq qol sevincini yaşayırsınızsa, onda sənin ləyaqətinmi var?

Bütün bunlar bir yana hələ bunun "Fair Play” qaydalarının pozulmadığını müxtəlif səviyyələrdə iddia etmələri, onların ümumiyyətlə sivil futbolun nə olduğunu bilməmələrini göstərir. Hətta bugünki "Çempion” (26-27 may 2010 N0:057 (867)) qəzetində müxbirin bu qolla bağlı,- Bəlkə siz də öz qapınızdan bir top buraxıb, bir centlmen kimi tarixə düşərdiniz? deyə verdiyi suala  baş məşqçiləri Cünet Biçər "35 yaşım var və 28 ildir futbolun içindəyəm. Amma heç kimin xoşluqla topu öz qapısına vurduğunu hələ görməmişəm” deyə cavablaması, 35 illik ömrünün ən azı 28 ilini boşa vermiş olduğunu özü təsdiqləyir. Futbol tarixinin belə hallarla zəngin olduğunu bilməyən bu "məşqçi”, futbolda tam təsadüfi bir adam olduğunu göstərmiş olur.

Yuxarıda xatırlatdığımız yazıda belə bir cümlə işlətmişdik: "Ey "Xəzər Lənkəran” azarkeşi indi deyin bunlara dözək? Yoxsa komandamıza final oyununda güclü dəstək verib qələbə çalmaqla onlara öz yerlərini göstərək? Bizə hansı yaraşır? Onlar unudurlar ki, "Xəzər Lənkəran”la oynamaq "odla oynamaq” kimi bir şeydir. Çünki belə bir deyim var: "Azərbaycanda Futbolun Günəşi Cənubdan Doğur!” Bəli, "Xəzər Lənkəran” Futbolumuzun Günəşidir! Günəş isə od yağdırır! "Xəzər Lənkəran”la oynamaq odla oynamaq kimidir. Odla rəftarı bacarmayanlar isə yanıb kül olmağa məhkumdur. Gəlin finalda bunu sübut edək!"

Bu fikirlər müəyyən mənada özünü doğrultmuş oldu. Ləkəli yolla kuboku qazanıb başı üzərinə qaldırmaqla bir neçə dəqiqə o "Günəşin” istisinə qızınan "Bakı”, Centlmenliyin nə olduğunu bilmədiyi üçün, elə o "Günəşin” yağdırdığı odda yanıb kül olaraq tarixin yaddaşında belə də qaldı.

Views: 546 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz