Bazar Ertəsi, 13/May/2024, 07:26
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » Avqust » 26 » Cənab Erkin, fikirlərin niyə çirkin?!
21:01
Cənab Erkin, fikirlərin niyə çirkin?!

      

    Əziz "Xəzər”sevərlər "Azerifootbal.com” saytında İlkin İbrahimov (Erkin ləqəbli) biri 3-cü tur Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "İnter” qarşılaşmasından sonra, bu matçı izləmədən  "Xəzər Lənkəran” azarkeşlərinə müraciət edərək bizlərin aldadıldığını iddia edib. Həmçinin Rednikin komanda qura bilməməsini, yalnız ilk iki turda zəif rəqiblərə üstün gələ bildiyini yazıb. "İnter”lə oyunda isə "Xəzər Lənkəran”ın necə zəif olduğunu və guya Tsxadadzenin Rednikə taktiki dərs keçdiyini dilə gətirib. Elə isə Erkin bəyə sual vermək lazımdır. Bəs belə olan halda "İnter” niyə qələbə qazana bilmədi?

          Birdə ki, bu gün Tsxadadze söyüş söydüyünü etiraf edib. Bunun üçün Kilsəyə gedərək dua etdiyini və Allah tərəfindən bağışlanmasını təvəqqe edib ( Futbol+ qəzeti 26 avqust 2010).

          Həmçinin həmin görüşün baş hakimi F. Yusifov da növbəti tura təyinat almayıb. Yəqin bunun da bir səbəbi olmamış deyil. Bütün bunlar Erkin adlı yazarın fikirlərinin üstündən çarpaz xətt çəkir ki, belə yazılarla onun nələrə nail olmaq istəməsi özündən başqa bir kəsə məlum deyil.

          Bütün bunlar "İnter”lə oyunda olduğu üçün çox təəssüf doğurur. Çünki "İnter”li azarkeşlər bizimlə çox gözəl münasibətə malikdirlər. Bizim gözəl ənənələrimiz formalaşıb və inanmırıq ki, nə Erkinkimilərin, nə də başqalarının əməlləri bu dostluq və qardaşlığı sarsıda bilsin. Yaşasın, "Xəzər Lənkəran” və "İnter” azarkeşlərinin dostluq və qardaşlıq ənənələri! Aranı vurmaq cəhdində olan belələrinə isə ar olsun deyirik!

 

 

                               Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

Ya sifariş, ya da maraq,

Sözlərinə çəkdi daraq.

Ədalətə xor baxaraq,

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

Bizi heç kim aldatmayır,

Yalan söz bizə batmayır.

Qədirbilən söz satmayır,

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

"Neftçi”yə vurduq iki qol,

Hücumlarımız da bol-bol.

Hesabı yazdılar "nol-nol”

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Əgər "Xəzər” zəifdisə,

Oyun göstərə bilmirsə,

Bəs "İnter”, uda bilmirsə?

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

"Simulyasiya” nə bilirsən?

"Fair Play” gözləyirsən.

Futbol nədir?-Heç bilirsən?

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Rednik qurur yeni "Xəzər”,

"Xəzər” futbolumuzu bəzər.

Erkinlər divanə gəzər,

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Bizə dost deyə səsləndin,

Aldatmıştək həvəsləndin.

Kim tərəfindən, bəsləndin?

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Bu oyunu izləmədən,

Heç bir sərhəd gözləmədən,

Cəfəngiyyat yazdın nədən?

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

 

Görmədin iki qələbə?

Heç-heçəni saldın dəbə,

Sənə qənim olsun Kəbə!

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Məsələlər çox qabardı,

Günahkar səhvin anladı.

Gedib Kilsədə yalvardı.

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Bir gün gərək səbr edəydin,

Sən də Məscidə gedəydin,

Səhv etmişəm söyləyəydin.

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Jurnalist ideal peşə,

Sənin yerin isə meşə,

Get yaşa orda həmişə,

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

"İstefa”nın da yeri var,

Səninsə, düşüncən çox dar,

"Xəzər”sevərlərə yalvar,

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Nifrət dolu ad qazandın,

Çürük fikirlərlə yandın.

Görəsənmi bir oyandın?

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Hələ sən tələsmə tezdir,

Biz "Xəzər”ik, "Xəzər” bizdir.

Get özünə qəm yedizdir,

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

"Xəzər” uğurlar qazanar,

Erkinlər də odda yanar.

Qansa, bəlkə onda qanar,

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Hamı sənə nifrət etdi,

Nifrətlə də baxıb getdi.

Erkin nağılı da bitdi,

Vəziyyəti etdin gərgin,

Cənab Erkin, fikirlərin niyə çirkin?!

 

 

Müəllif:  Mirhafiz M. Babayev ("Bosman"  Fanklubundan)

 26.08.2010

 

 

 

 

 

Views: 473 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz