2011-ci ilin "Xəzər Lənkəran"la bağlı olan ilk sevindirici xəbərini nəzərinizə çatdırmaq istəyirik. Bolqarıstan KİV-nə istinadən "Azerisport.com" saytının verdiyi məlumata görə Avropada da tanınmış olan və bir neçə məşhur klubda, həmçinin Rumıniya millisində forma geymiş ampluaca hücumçu olan Florin Bratu indi də komandamızın formasını geyəcək. Son zamanlar bu futbolçunun adının komandamızla birgə hallandığını da yada salsaq bu keçidin baş tutacağına və komandamızın hücum xəttinin xeyli güclənəcəyinə inanmaq istərdik.
Buxarest
"Dinamo”sunun forvardı Florin Bratu karyerasını Azərbaycanın futbol klubu olan "Xəzər
Lənkəran”da davam etdirəcək. Bolqar mətbuatının yaydığı xəbərə görə, rumın
forvard "Gəmiqayıranlar”ın heyətinə azad agent kimi keçir. O, buxarestlilərlə
müqaviləsini bitirmiş və azad agent statusu əldə etmişdir.
Onu da qeyd edək ki, Florin Bratu əvvəllər
İstambulun "Qalatasaray” klubunda da çıxış edib.
Rumıniya
yığmasında isə 14 rəsmi marça çıxan Bratu, 2 qola imza ata bilib.
Mənbə: "Azerisport.com”
|