Bazar, 12/May/2024, 05:04
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » İyul » 4 » AL və Yekə Toşak
01:09
AL və Yekə Toşak
  

            Komandalar ölkə çempionatlarındakı müvəffəqiyyətlərinə uyğun olaraq, qitə miqyaslı turnirlərə və haradan başlamaq neçənci mərhələnin iştirakçıları olmağı qarantiləyirlər. Bundan sonrakı mərhələlərin taleyinə isə əlahəzrət püşkün diqtəsi və komandanın necə hazırlıq keçməsi məsələsindən asılı olur. Ola bilər ki, püşk də üzə gülsün, hətta yaxşı hazırlıq da keçəsən. Hətta güclü transferlərlə heyəti də gücləndirəsən. İşi yenə psixoloji hazırsızlıq korlaya bilər. Yaxud hakimin səhv bir qərarı.

            Qitədə elə komandalar var ki, mövsüm bitəndə artıq onun yeri qrup mərhələsində olur. Elələri də var ki, mərhələlərdə ələnən komandaların sonuncusunu qrupun qapısının ağzında gözləyir. Elələri də var ki, ikinci mərhələdən yarışlara qoşulur. Ən zəifləri ilk mərhələdən əziyyətə qatlaşmalı olur. Bu, iki cəbhədə cərəyan edən yarışlar, yəni Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) yarışlarıdır. Bu yarışlara hazırlaşmaq üçün isə komandalar Təlim-məşq toplanışlarına yollanır, əgər hansısa mövqedə komandada axsama varsa, həmin mövqeyə yeni transferlər həyata keçirərək güclənirlər. Bunun da nəticələri təlim-məşq toplantıları zamanı keçirilən yoldaşlıq oyunlarında bilinir. Komandamız bu il təlim-məşq üçün Almaniyanı seçmişdi. Burada azı iki yoxlama oyunu planlamışdı. Gah yağan güclü leysan yağışları və nəticədə məkan dəyişməsi onsuz da qısa olan vaxtı lap daraltdı. Bir yandan da UEFA-nın AL-dakı oyunumuzun vaxtını iki gün də önə çəkməsi, təlim-məşq prosesini tamamən korladı. Demək olar ki, komandamızın təlim-məşq toplanışı keyfiyətli 5-6 günə sığdı və bir də Almaniya aşağı liqa təmsilçisi, "İnqolşdat”ın da ikinci heyəti ilə yoxlama görüşü.

Püşkatmanın nəticəsi olaraq Maltanın "Slima” komandası ilə AL-dakı ilk oyunu da əslində təlim-məşqin davamı kimi də dəyərləndirmək olar. Çünki  "Xəzər Lənkəran” kubokun finalçısı kimi Avropa Liqasınnın ilk mərhələsində yerini təmin eləmişdi. İnsafən püşk də üzünə gülmüşdü yox, lap hırıldamışdı. Bu mənada "Slima” ilə oyun ciddi yox, təlim-məşq toplantısında hesabın əhəmiyyət kəsb etmədiyi bir oyun xarakterindəydi. Ona görə də komandamız sanki bu əhval ruhiyyədə oyuna çıxmışdı. Lakin ikinci yarıda bu rəsmi yarışdır deyə zarafat etmək olmaz! arqumentini "Slima” ustünlüyü ələ almaqla, hətta hesabı bərabərləşdirməklə "Xəzər Lənkəran”ın yadına saldı. Evdə cavab qarşılaşması zamanı rəqibə tam ciddi yanaşılmalı və onu ilk mərhələdə dayandırmalıyıq.

Dayandırmalıyıq deyəndə ki, tutaq ki, "Slima”nı keçdik, ikinci mərhələdə bəyəm "sliva” bizi gözləyir? İkinci mərhələdə rəqib "Makkabi”dir. Bu heyətlə "Makkabi” önünə çıxmaq olduqca risklidir. Toşak nə qədər böyük komandalarda işləmiş təcrübəli birisi olsa da bu heyətə böyük yarışlarda güvənmək olmaz. Təm əminliklə demək olar ki, Toşak nə qədər böyük məşqçi olsa da Orsuliçdən Messi düzəldə və ya  Elnurdan Pike ya da Pamukdan Neymar düzəldə bilməz. Heç onların onda birin də düzəldə bilməz. Bəs onda biz və Toşak qrup mərhələsi haqqında necə danışa bilərik. Düzdü, Toşak böyük məşqçidi, Yekə Toşşakdı amma Tounkaradan Pele heç zaman olmayacaq. Əbəs yerə növbəti mərhələlərdən uğur gözləməyə dəyməz. Əgər komandanı gücləndirməsə. Bu gün kimi aydın məsələdir. Ona görə də nə qədər gec deyil, heyətin gücləndirilməsi lazımdır. Bu böyüklükdə məşqçi bunun məsuliyyətini dərk etməmiş deyil. Qaldı onun milli komandalardakı təcrübəsinə klub da milli komanda deyil ki, ölkədə olan futbolçuları ora cəlb edəsən. İndiyə qədər Qliqorovdan savayı, komandaya cəlb olunan oyunçular hamısı ölkə daxilində, müxtəlif komandalarda top qovan futbolçulardır. Özü də legionerlər. Vaxt var idi digər klublar "Xəzər Lənkəran”ın legionerlərinə göz dikib onları özlərinə transfer edəndə bizim tənqid hədəfimizə tuş gəlirdilər. Onları güclü legioner tapa bilməməkdə suçlayır, transfer siyasətlərini tənqid edirdik. Bunu Souza gedərkən də, Parks, Vobay, Todorov gedərkən də demişik. İndi nə oldu bəs özümüz ölkənin digər klublarının legionerlərinə möhtac qalmışıq? Hanı bəs yekə Toşşakın nüfuzu, onun adını eşidib komandamıza gəlmək istəyən səviyyəli legionerlər? Nə qədər gec deyil belələrindən ən azı üçünü komandamızda görmək istəyirik. Növbəti mərhələlərdə biabır olmamaq üçün.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

Views: 402 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz