Cümə, 10/May/2024, 07:35
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
1234567
891011121314
15161718192021
22232425262728
293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » İyul » 13 » Ah!.. Mətbuatımız...
17:43
Ah!.. Mətbuatımız...

            Səbirsizliklə gözlədiyimiz Avropa Kuboklarının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi arxada qaldı. Beləliklə, bir müddət əvvəl avroliqalarda ölkəmizi təmsil edəcək dörd klubumuzun 1-ci mərhələdəki konkret rəqibləri, həm də 2-ci mərhələyə adlayacaqları təqdirdə potensial rəqibləri məlum oldu. Belə ki, doğma "Xəzər Lənkəran” ilk təsnifat mərhələsində Estoniyanın paytaxtı Tallin şəhərinin təmsilçisi, "Nomme Kalyu” ilə qarşılaşacağını püşk müəyyən etdisə, növbəti mərhələni bir növ komandamızın ixtiyarına buraxdı. "Xəzər Lənkəran” mübarizədən qalib ayrılacağı təqdirdə, ikinci təsnifat mərhələsində Polşanın Poznan təmsilçisi "Lex”lə, Qazaxıstan təmsilçisi "Jetisu” cütünün qalibi ilə oynamalı idi. Gözlənildiyi kimi hər iki cütün favoriti mübarizədən qalib ayrılaraq bir-birlərinə rəqib oldular.

            Digər Estoniya təmsilçisi olan Narvanın "Trans” klubunu isə püşk paytaxtımızın "İnter” komandasına rəqib etdi ki, bu cütün qalibini də Yunanıstanın "Asteras” klubu gözləyirdi. Cütün favoriti sayılan Bakının "İnter” komandası elə səfərdəki ilk qarşılaşmada rəqibindən 0:5 üstün olmaqla demək olar mərhələnin taleyinə aydınlıq gətirmiş oldu. Dünən keçirilən evdəki cavab qarşılaşması formal xarakter daşıdığını bir daha sübut etdi. Belə ki, artıq təslim olmuş "Trans” Narva daha iki qol yeyərək vətəninə döndü.

            Avroliqadakı üçüncü təmsilçimiz poaytaxtımızın "Bakı” klubu isə, ilk təsnifat mərhələsini püşkün göstərişi ilə Sloveniyanın "Mura” komandasına rəqib olmuşdu. Evdə rəqib qapısına yol tapa bilməyən təmsilçimiz 0:0 bərabərə qalmaqla, xoşbəxtliyini rəqib meydanında axtarmalı olacaqdı. Dünən cavab oyunları günündə isə "Bakı” klubu ondan gözlənilənlərin əksinə olaraq 2:0 yenilməklə ikinci təsnifat mərhələsində, Bolqarıstan təmsilçisi, Sofiyanın ÇSKA klubuna rəqib ola bilmədi. Rəqib meydanında oynamasına baxmayaraq böyük ölçüdə üstün oyun nümayiş etdirən təmsilçimiz heç cür qapı torunu silkələyə bilmədi. Hərçənd buna bir çox epizodlarda yaxın olsa, belə. Çox təəssüf ki, keçiləsi mümkün olan "Mura” təmsilçilərimizdən birini yarışlardan kənar etməklə avroliqadakı təmsilçi sayımızı ikiyə endirdi. 

            Bir az əvvələ qayıtsaq və püşkatma mərasimindən dərhal sonrakı mətbuat səhifələrini yada salsaq, əksər informasiya səhifələrində yer alan münasibətdə hamı ən zəif rəqibin "Bakı”nın bəxtinə düşdüyündən danışırdı. Buna da əsas təlim-məşq toplanışında "Bakı”nın elə bu komandaya böyükhesabla qalib gəldiyini göstərirdilər. Amma nə oldu, mətbuatmı yanıldı? Bir tərəfdən "Bakı”nın heyətinə görə rəqibindən çox üstün və bahalı futbolçularla zəngin olduğunu nəzərə alaraq, belə demək mümkün olmasa da, təlim-məşq çərçivəsində keçirilən oyunda rəqibinə böyükhesabla qalib gəlməsinə əsaslanaraq belə fikir söyləyənlər əlbətdə ki, yanılmış oldular. Ümumiyyətlə, bizim bir çox komandalarımız təlim-məşq toplanışlarındakı oyunlara düzgün yanaşma etmirlər. Yalnız hesabla tanış olan mətbuat isə əlbətdə ki, yanılır. Təlim-məşq toplanışları zamanı keçirilən yoxlama oyunları xaraktercə tam başqa məna kəsb edir. Amma mütəxəssislərimizin əksəriyyəti isə burada qazanılmış qələbədən məmnun danışmaqla yanıldıqlarını göstərirlər. Hətta komandalarımıza rəhbərlik edən bəzi mütəxəssislərimiz belə oyunlardan sonra uzun-uzadı qələbə qazanmaqdan danışaraq, əsas qalib gəlmək idi ki, biz bunu bacardıq, deməklərinin də az şahidi olmamışıq. Rəqib yoxlama xarakterində oyun keçirir, yeni gəlmiş futbolçuları müxtəlif mövqelərdə sınayır, müxtəlif taktiki formaları yoxlayır deyə, əsas diqqətini də, düşüncəsini də bu yöndə qurur. Belədə sən nəki var, oyun göstətib onu udursansa, bu qələbədən sevinirsənsə, hətta bu qələbə haqqında danışırsansa, onda sən nə mütəxəssis oldun? Təlim-məşq toplanışlarında yoxlama oyunlarındakı qələbədən məmnun qalan mütəxəssisin ümumiyyətlə mütəxəssisliyi şübhə doğuran bir məsələdir. Məmnun qalmaq üçün oyunda komandanın zəif cəhətlərini gücləndirib, nəyə isə nail olmaq kimi anlamlar var. Lap hücum xəttini gücləndirib qol vurma arayışları məqsədi ilə keçirilən yoxlama oyunu olsa belə, digər özünü doğrultma səbəbindən uğurlu həyata keçirilən taktiki-texniki-fiziki nailiyyətlərin nəticəsinə sevinmək kimi olmalıdır. Daha filan hesabla qalib gəldik, əsas qələbə idi və sair düşüncələr bütövlükdə yanlışdır. Bu dünyanın ən bərk qaçan adamı yamaykalı Usain Bolt küçədə yeriyərkən kiminsə, onu qaçaraq keçdiyindən sevinmə hissinə bənzəyir. Yaxud ən sürətli "Buqatti" avtomobili dayandığı məqamda onu sınıq-salxaq araba ilə ötüb keçmənin sevincindən yaranan hisslərə bənzəyir. Mətbuatın da rəqibi aşağılayaraq komandalarımızı arxayın salması artıq neçənci dəfədir ki, öz mənfi təsirini göstərir. Komandalarımız arxayın düşür. Belədə rəqibə hörmətlə yanaşma tərzində zəiflik göstərir. Əlbətdə komandanın məşqçiləri bu yöndə aldanmamalıdır və öz işlərinə diqqətlə yanaşmalıdırlar. Amma yoxlama oyunundakı qəlkəbəyə sevinən məşqçi, bunun öhtəsindən gələ bilərmi?

            Bunun klublarımıza daha bir mənfi təsiri də var. Belə ki, heç də bütün klublarımızda rəhbərlik tam futbol adamları deyillər. Belədə, mətbuatın hansısa rəqibi, asan keçiləcək rəqib kimi təqdim etməsindən sonra, alınan uğursuz nəticəyə görə, aləm bir-birinə qarışır. Klub rəhbərləri də mətbuatın yanaşmasına arxayın olaraq və onu əsas gətirərək, bəzən istedadlı mütəxəssisi belə göndərir. Daha nə rəqibi analiz edir, nə də mövcud durumu. Və fikirləşmir ki, bu futboldur... Bu oyunda bəzən ən güclü komandalar belə uğursuzluqlar yaşaya bilir.  

            
Views: 433 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz