Dünən
və bu gün 07-08 dekabr 2010-cu il tarixlərində futbol üzrə Azərbaycan kubokunun
1/8 final mərhələsinin oyunları keçirilib. Bu ildən tətbiq olunan yeni
qaydalara əsasən, 1/8 final görüşlərinin qalibi yalnız bir oyunun nəticəsinə
görə müəyyən olunduğundan artıq ¼ finalçıların adı bəlli olub. 1/8 finalda aşağıdakı
nəticələr qeydə alınıb.
7 dekabr
"Qarabağ" 0 - 0 "Turan" (Penaltilərdə 3:4)
8 dekabr
"Gəncə" 1 - 3 "Neftçi"
"Qəbələ" 2 – 0 "Neftçi" İSM
"Simurq" 1 - 1 "Abşeron" (Penaltilərdə 1:4)
"Şuşa" 1 - 4 "İnter"
"Rəvan" 1 – 2 "AZAL”
"Bakı" 1 - 1 "Muğan" (Penaltilərlə
5:3)
"Xəzər
Lənkəran" 3 – 1 "MKT-Araz"
Beləliklə,
¼ final mərhələsində ev və səfər oyunu olmaqla aşağıdakı komandalar
qarşılaşacaqlar. Komandamız bu mərhələdə əzəli rəqibi "Neftçi” ilə
qarşılaşacağından, bu matçı əslində erkən final da saymaq olar. Beləliklə, ¼ finalda
"Xəzər Lənkəran” və "Neftçi”, "AZAL” və "Turan”, "İnter” və "Abşeron”, "Bakı”
və "Qəbələ” qarşılaşacaqlar.
Komandamıza
bu mərhələdə də uğurlar arzu edirik.
|