Cümə Axşamı, 02/May/2024, 12:41
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Avqust » 12 » Etibar Cəbrayıloğlu: Ağsu aşırımındakı “Xəzər Lənkəran”
11:11
Etibar Cəbrayıloğlu: Ağsu aşırımındakı “Xəzər Lənkəran”

(Mətni həm də oxumadan, yazının sonundakı kiçik audiopleyer vasitəsi ilə dinləyə bilərsiniz. Bunun üçün audiopleyerin "Play" düyməsinə basın!)



 



"Xəzər Lənkəran” üçün
nələr etmədik. Hansı fədakarlıqlardan keçmədik. "Ağ-yaşıl” gəmi hər dəfə qəzaya
düşdükcə neçə yol ölüb-dirildik. Hər mövsümün əvvəlində nə xəyallar qurmadıq.
Sonda bizə qalan elə xəyallar oldu.



"Neftçi” ilə oyun
öncəsi məşqə getmək lazımdı, getdik. "Bakı” ilə oyunda dəstək olmaq vacibdi,
olduq. "İnter”lə görüşdə kluba ruh vermək lazımdı, verdik. "Qarabağ”la vacib
görüşdə dəstək olmaq lazımdı olduq. Sonu da belə.



İndi də yollarda
qalmışam. Səhər Neftçaladayam, günorta Ağsu aşırımında, axşam isə Şəmkirdə.
Yəqin soruşacaqsınız ki, sənin Neftçalaya getməyinin, Ağsu aşırımını aşmağının,
Şəmkirdə gecələməyinin "Xəzər Lənkəran”a nə aidiyyəti var? "Xəzər Lənkəran”
klubu həmin şəhərlərin komandaları ilə ki, oynamır.



Düzdü, tam
haqlısınız. "Ağ-yaşıl” birinci divizionda oynamır. Amma belə getsə, oynayacaq.
Klubdakı işlər Allah göstərməmiş belə davam etsə, "Xəzər Lənkəran” öz
meydanında "Neftçala”nı qəbul edəcək. "Şuşa” ilə oynamaq üçün Quzanlıya,
"Energetik”lə derbi üçün Mingəçevirə gedəcək.



Topaz
premyer-liqasının birinci turunda "Sumqayıt”la, ikinci turtunda isə "Simurq”la
oyunlarına baxandan sonra işimi möhkəm tutmağa başlamışam. Sərgilədiyi oyunla
"Ağ-yaşıl” gəmi onsuz da birinci diviziona tərəf üzəcək. Mən də indidən gedib
gələcək rəqiblərimizin şəraiti ilə yaxından tanış oluram, stadionların durumuna
göz gəzdirirəm. Necə deyərlər, ehtiyat igidin yaraşığıdı.



"Xəzər Lənkəran”
premyer-liqaya qədəm qoyan gündən Azərbaycan futboluna rəng qatdı, nüfuzunu
qaldırdı, ölkə futbolunu abıra mindirdi. Heç kimə sirr deyil ki, birinci
divizionun vəziyyəti acınacaqlıdı. "Xəzər Lənkəran” aşağı divizionun çəkisini,
hörmətini qaldıra bilər. "Xəzər Lənkəran”a könül verən sadiq azarkeşləri, bir
anlığa təsəvvür edin ki, "Ağsu” ilə derbi oyununa baxmaq üçün səfərə
çıxmısınız, Ağsu aşırımının gözəlliklərini göz önünə gətirin... Bu iş reallaşsa
illərdi aşağı divizionda yarışan komandalar necə inkişaf edəcək. "Şuşa”nın,
"Şəmkir”in, "Qaradağ-Lökbatan”ın gənc məşqçiləri dünya səviyyəli məşqçi Con
Toşakdan nə qədər öyrənəcəklər.



"Xəzər Lənkəran”ın
sadiq azarkeşi kimi kluba bu işdə nə kömək lazımdısa edə bilərəm. Heç vaxt
bundan imtina etməmişəm, etmərəm də. İlin-günün bu vaxtında bayaq dediyimi
kimi, yollardayam. "Həm ziyarət, həm ticarət” prinsipinə əməl edib səfərlərim
zamanı klub üçün yeni və bacarıqlı oyunçular axtarıram.



İnsan gərək hər
yaşında öyrənə. Mən də transfer işini yavaş-yavaş öyrənməyə çalışıram. Aşağı
divizionunda top qovan bəzi futbolçuları gözaltı etmişəm. Onların bir neçəsi bu
gün müqavilə bağlamağa razılaşsa "Xəzər Lənkəran” rəqiblərinə güclü zərbə
vurmuş olacaq. Götürək elə "Energetik”in 34 yaşlı gənc hücumçusunu. Çox məhsuldar
oyunçudu, yaxşı qol duyumu var. Aşağı dəstədə yuxarı məhsuldarlıq göstərib.
Dəqiq məlumatlara görə, aşağı divizionda keçirdiyi 164 oyunda 4 qol vura bilib.
"Şuşa”nın müdafiə xəttindəki bir oyunçu da diqqətimdədi. Çox etibarlı, səliqəli
oynayır. Təsadüfi deyil ki, hər iki oyundan bir qırmızı vərəqə alır. Hər oyunda
yox a, hər iki oyundan bir.



Daha bir neçə
səviyyəli, "Xəzər Lənkəran”ın gücünə güc qatan oyunçuları gözaltı etmişəm. Amma
hələ tam açıqlamaq istəmirəm. Hər şeyin vaxtı var. İmkan verək klubun avtobusu
Ağsu aşırımını keçsin, sonra baxarıq...



Views: 792 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz