Cümə Axşamı, 25/Apr/2024, 16:41
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » İyun » 27 » “Xəzər Lənkəran” klubunun qurucularından və ilk baş direktoru olan Nail Verdiyevin müsahibəsi
11:00
“Xəzər Lənkəran” klubunun qurucularından və ilk baş direktoru olan Nail Verdiyevin müsahibəsi

          

            "Mübariz Mənsimov buna çox əsəbiləşmişdi və hamını hədələyirdi”

 

- "Xəzər-Lənkəran” klubunu yaratmaq ideyası necə yarandı?

2003-2004-cu illərdə Azərbaycan futbolunda mühüm dəyişikliklər baş verirdi. Belə ki, yüksək liqada iştirak edən komandaların sayını artırmaq nəzərdə tutulmuşdu. O zamanlar mən Gənclər, İdman və Turizm nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyirdim və futbolla çox yaxından maraqlanırdım. Azərbaycan futbolunda baş verən bu dəyişiklərlə əlaqədar 2003-cü ilin axırlarında taınnmiş fudbolçu və məşqçi Nazim Suleymanovla görüşdüm və cənub bölgəsində yüksək liqanı təmsil edə biləcək bir futbol klubunu yaratmaq qərarına gəldi. Bu klub Lənkəranı təmsil etməli idi. Biz Lənkəranı təsadüfən seçmədik, çünki, vaxtılə Lənkəranın Xəzər futbol komandası sovetlər dövründə SSRİ birinciliyində 2-ci dəstədə Azərbaycanı çox yaxşı təmsil edirdi. Həm də Lənkəranda futbolu çox sevirlər. Biz bu fikirlə, bu ideya ilə həmin dövrdə Lənkəran şəhər icra başçısı işləyən Zeynal Nagdaliyevlə görüşdük və fikir mübadiləsi apardıq. Zeynal Nagdaliyev bizim bu fikrimizi çox bəyəndi və bildirdi ki, ölkə başçısı reqionlarda idmanın inkişafına böyük önəm verir və söz verdi ki, əlindən gələn köməyi əsirgəməyəcək, sponsorlar tapmaqda köməklik göstərəcək. Bundan sonra mən yaradılacaq komandanın sənədləşdirilməsi ilə məşğul oldum və eyni zamanda Zeynal müəllimin yaxın köməkliyi ilə Azərbaycan Futbol federasiyaları Asossiasiyasından 2004-2005-ci illərdə yüksək liqada Lənkəranı təmsil edəcək Xəzər komandasının yaradılmasına icazə aldım. 2004-cü ilin əvvəlində Zeynal müəllimin məni çağırıb bildirdi ki,komanda üçün sponsor tapılıb. Məlum oldu ki, o, Türkiyədə çalışan iş adamı Mübarız Mənsimovdur. Mübarız Mənsimovun xahişi ilə komandanın adını "Xəzər-Lənkəran” qoyduq. Mən o vaxtlar Soçıdə yaşayan Nazim Süleymanovu Bakıya dəvət elədim və biz onunla aprel- may aylarında " "Xəzər-Lənkəran”” futbol klubunun şəxsi heyyətini yığmağa başladıq. Bununla da Azərbaycan futbolunun yüksək liqasında yenı bir futbol klubu- " "Xəzər-Lənkəran”” təşəkkül tapdı. Mən " "Xəzər-Lənkəran”” futbol klubunun baş direktoru, Nazim Suleymanov isə baş məşqçı təyyin olundu.

- Siz baş direktor, Mübarız Mənsimov isə prezident idi. Onunla tanışlığınız necə başlandı?

Mübariz Mənsimovla şəxsən yaxın tanışlığımız Yevlaxda, "Xəzər-Lənkəran” ın yerli "Karvan” klıubu ilə görüşü zamanı oldu. O vaxtlar keçırdiyi oyunların hamısında qələbə qazanmış "Karvan” klubu çempionatda böyük əks-səda doğurmuşdu və bizim "Karvan”la görüşümüzdə hamı qələbəni "Karvan” komandasına verirdi. Oyun günü Mübarız müəllim öz şəxsi təyyarəsində Türkiyədən birbaşa Gəncəyə üçdü. Ordan da avtomobillə Yevlaxa gəldi. O gəlib çatanda oyun yenicə qurtarmışdı. "Xəzər-Lənkəran” deyilənlərin əksinə olaraq hamını şok vəziyyətinə qoyaraq, Samir Əliyevin gözəl zərbəsi ilə 1-0 hesabı ilə qələbə qazandı və çox gözəl oyun nümayiş etdirdi. Hələ Yevlaxa çatmamış yolda Mubariz Mənsimov mənə telefon açdı və hesabı soruşdu. Mən cavab verdim ki, oyunun qurtarmağına az qalıb və biz 1-0 hesabı ilə qalib gəlirik. O, çox böyük sevinc və təəccüblə "ola bilməz” dedi. Soyunub- geyinmə otağına gələn Mübariz Mənsimov məni, Nizami Süleymanovu və komandanın futbolçularını şəxsən ürəkdən təbrik etdi və o vaxtlar Azərbaycan futbolunda fantastik sayılan bir məbgləqlə komandanı mükafatlandırdı. Ümumiyyətlə, mən komanda ilə işlədiyim vaxtlar Mübariz Mənsimovun çox böyük alicənablığının, vətənpərvərliyinin və təmənnasız yüksək səxavətliliyininin şahidi olmuşam. Qələbənin səhərisi günü Mübariz Mənsimov bizi özünün Bakıdakı şəxsi restoranına dəvət etdi və mən orda Mübariz Mənsimovla daha yaxından tanış oldum. Bizim Mübariz Mənsimovla tanışlığımız belə başladı.

- O vaxtlar bir dəfə əsəbləşən Mübariz bəy klubu dağıdacağını dedi. O hadisəni dəqiq xatırlayırsınizmi?

Çox yaxşı xatırlayıram. Biz Bakıda "Bakı” klubu ilə görüşdə çempionatda ilk dəfə məglubiyyətə uğradıq. Mübariz bəy buna çox əsəbiləşmişdi və hamını hədələyirdi. Hirsi soyumayan Mübariz Mənsımov mənə telefon açdı və bildirdi ki, komanda çox zəifdir və heç nəyə qadir deyil. Mən onu sakitləşdirmək məqsədilə dedim ki, bir məğlubiyyət heç də faciə deyil, "Xəzər-Lənkəran” klubu güclü klubdur və biz növbəti görüşdə Şəmkir komandasını məğlub edib, bunu sübut edəcəyik. O isə iztehza ilə gülüb dedi ki, Şəmkir sizə ən azı 8-9 qol vuracaq. Şəmkirlə oyunda o və Lənkəran Şəhər İcra başçısı Zeynal Nağdəliyev iştitrak edirdilər. Xəzər çox gözəl oyun nümayiş etdirib 2:0 hesabı ilə qələbə qazand. Hesab daha da böyük ola bilərdi.

- Necə oldu ki, klubu tərk etdiniz?

Qeyd etmək istəyirəm ki, Nazim Süleymanovun yüksək zəhmətsevərliyi və ciddi nizam-intizamı sayəsində "Xəzər-Lənkəran” klubu yüksək texnikalı, məzmunlu oyun nümayiş etdirən mobil bir komandaya çevrilmişdi. Komandada sağlam əhval- ruhiyyənin nəticəsi idi ki, demək olar ki, Azərbaycan çempionatında iştirak edən fudbolçuların əksəriyyəti "Xəzər-Lənkəran” futbol klubunda oynamaq istəyirdi. O vaxtlar hiss olunurdu ki, çoxlarının bu komandada gözü var. Mübariz Mənsimov hər dəfə Türkiyədən gələndə onunla bərabər türk iş adamları və məşqci Rasim Qara da gəlirdi. Məni təəccübləndirən bu insanların mənə və Nazim Süleymanova olan soyuq münasibətləri idi. Bu insanlar hətta biz qalib gələndə də sevinmirdilər. Eyni zamanda Mübariz Mənsumovun "Palmali” şirkətinin Bakı ofisindəki işçıləri məndən və Nazim Suleymanovdan o qədər də razı deyildilər. Əksəriyyəti Mübariz Mənsumovun yaxın qohum və tanışlarından ibarət olan bu insanlar, Mübariz Mənsumovla yaxın münasibətlərindən istifadə edərək, istədikləri futbolçuları komandaya gətirməyi, oyun vaxtı istədikləri adamları oyuna buraxmaq və s. kimi hərəkətlər etmək istəyirdilər. Lakin, onların bu hərəkətləri bizim tərəfimizdən qətiyyətlə rədd edildiyindən onlar bizdən çox narazı idilər. Bütün bu dedi-qodular nəticəsində Mübariz Mənsimov Nazim Süleymanovu Turkiyəyə dəvət etdi və komandanı Rasim Karaya təhvil verməyi tələb etdi. Nazim Süleymanov komandani tərk etdi, mən də ərizə yazib çıxdım.

- İndi "Xəzər-Lənkəran”in çıxışlarını izləyirsiniz?

Arabir.

- Klub 2004-cü ildə yaransa da, hələ də avrokuboklarda mərhələ adlaya bilməyib...

Mən yuxarda qeyd etdim ki, Mübariz Mənsimov "Xəzər- Lənkəran” klubu üçün əlindən gələni əsirgəmir. Ancaq, bu o demək deyil ki, çox səxavətli olmaq, həm də yaxşı təşkilatçı deməkdir. Ətrafındakılara həddindən artıq inanan Mübariz Mənsimov kluba rəhbərlikdə özünü doğrultmayan münasibətlərə yol verir. Belə ki, istər məşqçilərin, istərsə də futbolçuların seçilməsində iştirak edən bəzi insanlar Mübariz Mənsumovun etimadından və səxavətindən sui-istifadə edərək, öz şəxsi mənafelərini güddükləri üçün komanda yüksək mərhələlərə qalxa bilmir. Yüksək maliyyə dəstəyinə malik olan komandanın bu günkü göstəriciləri əlbəttə, çox acınacaqlıdır.

- Son zamanlar klubdakı məşqçı dəyişiklikləri barədə nə deyərdiniz?

Onu deyə bilərəm ki, bunun əsas səbəbi kənardan bir-çox insanların klubun işlərinə yerli-yersiz müdaxiləsi, məşqçılərin işinə qarışması və klubun özündəki müəyyən qeyri-sağlam atmosferdir.

- Gələcəkdə yenidən futbol sahəsinə qayıtmağı düşünürsünüz?

Ola bilər...

Fateh Xəlilbəyli, güzgü.az
Views: 898 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
0  
1 malik   (27/İyun/2012 20:40) [Daxil Olunan]
O vaxtdan hecna dayismayib.

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz