
Avstriyada təlim-məşq
toplanışında olan "Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununa çıxacaq.
Bugünki rəqibimiz Kosovanı təmsil edən "Trepça” klubu olacaq. 1932-ci ildə əvvəlki
Yuqoslaviyada təsis olunan "Trepça” klubu haqda sizlərə məlumat verməyi özümüzə
borc bilirik. Kosovanın
Mitroviç şəhərini təmsil edən "Trepça” klubu bir dəfə Kosova çempionu olub, bir dəfə Kosova kubokunu
(Kubok e Kosovës) qazanıb və bir dəfə də Kosova Superkubokunu (Superkupa e
Kosoves) başı üzərinə qaldırıb. Onlar əvvəllər
Yuqoslaviya güclülər dəstəsində çıxış ediblər. Lakin indi isə ölkədə siyasi bölünmə nəticəsində
yaranmış Kosova respublikasını təmsil edirlər. "Trepça” tarixinin ən uğurlu
dövrünü 1976-77 mövsümündə keçirib. " Trepça” Yuqoslaviya "Prva Liga”da çıxış
edərkən, finalda NK "Rijeka”ya 0:1hesabı ilə qalib gələrək, 1977-78 mövsümündə
son Yuqoslaviya kubokunun qalibi olmuşdur. Bundan sonra
yenə, 1987-88 mövsümündə Yuqoslaviyanın süqutundan sonra hələ Kosova milli
çempionatı formalaşmamışdan, "Trepça” klubu regional səviyyədə olan yalnız
Kosova komandaları ilə oynamışdır. Bu dövrdə klubun bir dəfə liqa və kubok
qazandığına baxmayaraq, o vaxt hələ
milli Kosova çempionatı təşkil olunmamışdı. Bu, 1994-95 mövsümləri sonrası
"Trepça” Kosova ikinci liqasında mübarizə aparan dövrlərə qədər davam edib.
Onlar hətda bir mövsüm üçüncü liqada da çıxış edib. Bu klubun tarixində 2002-03
mövsümündə fk "Kek” klubuna 0:10-luq acı məğlubiyyət, ən pis hal olub. Daha sonra
onlar 12-16 komandası olan bir çempionat təşkil etdilər və Kosova Super Liqasının
təşkilindən sonra 2006-07 mövsümündə "Trepça” futbol klubu da yüksək liqaya
qayıtmış oldu. Bu klub 1932-ci il o vaxtkı Yuqoslaviyada təsis olunub və bugünə
qədər fəaliyyətini davam etdirir. Hələ oyunun
başlama saatı məlum olmasa da bu komandamızın builki hazırlıq çərçivəsində
keçirəcəyi ikinci yoxlama oyunu olacaq. Xatırladırıq ki, ötən şənbə günü "Xəzər
Lənkəran” ilk yoxlama oyununu Almaniyanın "Dinamo” Drezden klubuna qarşı
keçirmişdi və bu oyunda hesab açılmamışdı-0:0. Həmçinin bugünki yoxlama oyununda
komandamızda daha üç futbolçu baxışdan keçəcək. Bunlardan ikisi Rumın, biri isə
nigeriyadan olan legionerlər olacaq. Hər üç futbolçunun nə adları və nə də
oynayacaqları mövqelər açıqlanmır.
|