
"Mən
Avstriyadan da dəvət almışdım”. Bunu, "Xəzər Lənkəran”ın düşərgəsində baxışda
olan almaniyalı futbolçu Jerom Polenz deyib.
Cənub
təmsilçisində baxışdan uğurla keçən Polenz bildirib ki, Qratsın "Şturm” klubu
ona təklif göndərib: "Hətta bu komandanın düşərgəsinə yollanmaq üçün bilet də
alınmışdı. Amma fikrimi dəyişdim. Bu komandada hər şey yüksək səviyyədədir. Eşitdiyimə görə, "Xəzər Lənkəran”ın ev oyunlarında 15 minədək azarkeş olur. Bu amil də
seçimimə təsir etdi”.
Xatırladaq
ki, Berlində anadan olan Jerom 2006-2007-ci illərdə Bremen "Verder”inin heyətində
Bundesliqada 3 oyun keçirib. Sonra "Allemaniya”ya keçən Polenzi bu klubda, II
Bundesliqada 57 matçda meydana çıxıb.
24
yaşlı yarımmüdafiəçi Almaniyanın U-19 yığmasında 3, U-20-də 1 dəfə forma
geyinib. Mənbə: "Apasport.az"
|