
3-cü
turda "Xəzər Lənkəran” - "İnter” görüşünü idarə edən baş hakim Fariz Yusifovdan
azarkeşlərimizin də narazı qaldığını deyə bilərik. Məhz onun hər xırda fola fit
çalaraq oyunun tempinin öldürülməsi, ümumilikdə "Xəzər Lənkəran”a
antipatiyasının aşkar görüntüləri, fiziki hazırlığının zəif təsir
bağışlaması, elə bunun nəticəsində də epizodlara uyğun yer seçə bilməməsi, onun
oyun ərzində çoxlu səhvlərə yol verməsinə gətirib çıxarırdı. Futbolçuların
simulyasiya etməsi və ya həqiqi zədələnmələrinin təyin edilməsində aşkar çətinlik
çəkən Fariz Yusifov bununla ilk dəfə deyildi ki, belə səhvlərə yol verir və "Xəzər
Lənkəran”a antipatiya nümayiş etdirirdi.
Bu məsələ bəzi yazarlara da bəhanə
verirdi. Konkret olaraq həmin matçla bağlı
Erkin adlı birinin "Xəzər Lənkəran”ın zəif çıxış etdiyini bildirir və
qol vura bilməməkdə, hətta komandanın azarkeşlərini aldatdığını belə dilə gətirirdi.
Erkin adlı yazara biz əvvəlki yazılarımızda cavab vermişdik. Cavabımızda "Xəzər
Lənkəran”ın qol vura bilməməsi səbəbləringən biri kimi, baş hakimin
komandamızın oyununa mənfi mənada qərarlar verməsini də göstərmişdik. "Xəzər Lənkəran”
neyləsin ki, hər dəfə kəskin hücuma keçdiyi zaman kimsə özünü yerə yıxır və ya
heç bir səbəb olmadan baş hakim fit çalaraq oyunu saxlayır.
Yerli-yersiz fitlər isə ümumiyyətlə
futbolumuzu bərbad hala salıb, oyunlarda sürətin xeyli aşağı düşməsinə səbəb
olur. Bir daha Erkinkimilərin nəzərinə çatdırmaq istəyirik ki, AFFA-nın Hakimlər Komitəsinin son qərarı
ilə tanış olsun. Hansı ki, adı çəkilən matçla bağlı, oyunun baş hakimi Fariz
Yusifovun qeyriqənaətbəxş idarəçiliyi ilə bağlı təcrübəsiz hakim kimi, 1-ci
divizionun oyunlarını idarə etməyə göndərilmişdir
Buyurun tanış
olun:
AFFA-nın Hakimlər Komitəsi I
divizionun ilk turuna təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına
görə, əsasən gənc və təcrübəsiz ədalət təmsilçilərinin fit çaldığı aşağı dəstənin
ilk turunda FİFA referisi də iştirak edəcək.
Bu, "Şahdağ” və "Bakılı” arasında
Qusarda keçiriləcək görüşə təyinat alan Fariz Yusifovdur. Unibank Premyer
Liqasının III turunun müəyyən narazılıqların yaşandığı "Xəzər Lənkəran” -
"İnter” görüşünü idarə edən 38 yaşlı hakimin sonrakı tura təyinat almamağı müəyyən
ehtimallara əsas vermişdi.
Hakimlər Komitəsi bu dəfə də ədalət təmsilçisinin
cəzalandırılıb-cəzalandırılmamağını gizli sirr kimi saxlasa da, indi hər şey üzə
çıxıb. Belə ki, ölkənin 3 FİFA referisindən biri olan Yusifovun IV turda
"istirahət edib”, I diviziona "ezam olunması” məhz cəza tədbiri funksiyasını
daşıyır.
|