Statistika |
Cəmi Onlaynda: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Baş Səhifə » 2012 » İyun » 27 » Tihhon Şişov: “Xəzər Lənkəran”a qarşı oynamağı çox istəyirəm
10:35 Tihhon Şişov: “Xəzər Lənkəran”a qarşı oynamağı çox istəyirəm |
"Xəzər Lənkəran”ın estoniyalı sabiq futbolçusu Tihhon Şişov öz ölkəsinin mətbuatına müsahibə verib. "Nomme Kalyu”nun müdafiəçisi Avroliqanın ilk təsnifat mərhələsində rəqibi olan, 2010-cu ilin ilk yarısında şərəfini qoruduğu Lənkəran klubu haqda fikirlərini açıqlayıb. "Xəzər Lənkəran”ın 2009/10 mövsümünün sonunda vətəninə yola saldığı Tihhonla müqaviləsi olduğundan, estoniyalı uzun müddət başqa komandaya keçə bilmədi.
- Püşkün nəticəsini necə dəyərləndirirsiniz? - Açığı, püşkdən razı qaldım. Keçmiş komandama qarşı oynamağı çox istəyirəm. Mən 2010-cu ildə Azərbaycana "Levadiya”dan yollanmışdım.
- "Nomme Kalyu”nun baş məşqçisi İqor Prins sizə məsləhət almaqla bağlı müraciət edib? - O, artıq bunu edib. Düzü, "Xəzər Lənkəran” haqda nə qədər faydalı məlumat verə biləcəyimi bilmirəm. Hər halda, mənim orada oynadığım dövrdən 2 il vaxt keçib. Ancaq fikrimcə, bizim oyunun favoriti azərbaycanlılar sayılacaq. Onların heyətində güclü legionerlər var. Yəqin ki, "Xəzər Lənkəran”ın səviyyəsi yüksəkdir.
- Şansları necə dəyərləndirirsiniz? - İstənilən halda, bizim də növbəti mərhələyə keçmək şansımız var. Mən 2 il əvvəl "Xəəzr Lənkəran”dan gedəndə, bu komanda Avroliqada Moldovanın "Olimpiya” klubunu keçə bilmədi. O da kağız üzərində zəif komanda idi.
- İlk oyunu səfərdə keçirəcəksiniz... - Mən Azərbaycana qarşıdakı səfər haqda düşünəndə, bir az həyəcanlanıram. Ancaq axı canavardan qorxan meşəyə getməz. "Xəzər Lənkəran”la məhkəmə çəkişməm hələ də davam edir. Ancaq ümid edirəm ki, onlar mənə müqavilə ilə düşən pulu qaytaracaqlar.
- Azərbaycana hansı nəticə dalınca yollanacaqsınız? - Komandamız ora qələbə fikri ilə yollanacaq. Ancaq səfərdə heç-heçə də bizim üçün pis nəticə olmayacaq.
- Prins bildirib ki, Lənkəranın yeri biz az narahatlıq doğurur. Bu şəhərə çatmaq rahat deyil... - Bu, həqiqətən belədir. Şəhər Bakıdan təxminən 300 kilometr aralıda yerləşir. Mən orda oynayanda, düzünü desəm, yollar elə də yaxşı deyildi. Azərbaycandakı yollar Almaniyadakı kimi deyil.
- Lənkəranlı azarkeşlər sizi hələ də xatırlayır?
- Bunu bilmirəm.
Mənbə: "Apasport.az"
|
Views: 432 |
Added by: BOSSMAN
| Dərəcələndirmə: 0.0/0 |
|
|
Növbəti Matç |
Xəzər Lənkəran İnter
Premyer Liqa XVTur
04 Dekabr 2011. Saat 16:00 |
Təsnifat Mərhələsi |
Komandalar
|
O
|
Q
|
H
|
M
|
T-F
|
X
|
Xəzər Lənkəran
|
13
|
8
|
3
|
2
|
18-13
|
27
|
İnter
|
13
|
7
|
4
|
2
|
11-7
|
25
|
Neftçi
|
13
|
8
|
1
|
4
|
21-10
|
25 | Bakı |
13
|
6
|
4
|
3
|
20-11
|
22
|
Qarabağ
|
13
|
6
|
3
|
4
|
16-12
|
21
|
Qəbələ
|
13
|
5
|
3
|
5
|
13-16
|
18
|
AZAL
|
13
|
4
|
4
|
5
|
17-16
|
16 | Simurq
|
13
|
4
|
3
|
6
|
11-13
|
15
|
Rəvan
|
13
|
3
|
6
|
4
|
16-17
|
15
|
Kəpəz
|
13
|
3
|
3
|
7
|
16-22
|
12
|
Turan
|
13
|
3
|
1
|
9
|
8-20
|
10
|
Sumqayıt Şəhər
|
13
|
2
|
3
|
8
|
7-17
|
9
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|