Cümə, 28/Fev/2020, 10:39
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Avqust 2013  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 547

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2013 » Avqust » 16 » Şirinlər (Smurfs)
01:58
Şirinlər (Smurfs)


(Mətni həm də oxumadan, yazının sonundakı kiçik audiopleyer vasitəsi ilə dinləyə bilərsiniz. Bunun üçün audiopleyerin "Play" düyməsinə basın!)

            Dünya
ədəbiyyatı zənginliklərlə doludur. Ədəbiyyatdan teatr səhnələri, kinofilmlər və
sair təsviri sənət nümunələri yaranır və bu gün də yaranıb inkişaf etməkdədir.
Bu təsviri sənət nümunələrinin bir növü də azyaşlı, balaca dostlarımız üçün
nəzərdə tutulur. Bir vaxtlar multfilm dediyimiz bu animasiyalı filmlərə indi çizgi
filmi deyirik. Məşhur çizgi filmi çəkən studiyalar da az deyil. Biri də Uolt
Disney.



            Məşhur
Belçikalı çizgi yazarı Pierre Culliford bu çizgi romanını 1958-ci ildə yaratdı.
1981-ci ildən isə televiziya vasitəsi seyrə buraxılan bu çizgi romanı böyük
şöhrət qazandı. Bu məşhur əsər "Şirinlər” adlanır. Analoqu olmayan mavi
yaratıklardan bəhs edir. Bunların ən yaşlısı və bilici olanı şirin babadır.
Sonra cərgələrində şirinə, gözlüklü şirin, usta şirin, xəyalçı şirin, nifrətçi
şirin, aşçı şirin, güçlü şirin, nazlı şirin, zarafatcıl şirin və sair. Bunlar
bir kənddə yaşayır və günlərini keçirirlər. Amma günləri heç də həmişə rahat
keçmir. Çünki bunların düşməni iyrənc Qarqamel və onun azman pişiyi onlara
rahatlıq vermir və daim təqib edir. Onları tutub satmaq, yemək istəyir.



            Şirinlər
kəndinin sakinləri öz adətləri üzrə kiçik daxmalarda yaşayır, səhərdən durub öz
işləri ilə məşğul olurlar. Hər hansı anlaşılmazlıq da olanda təbii ki,
qəbilənin ən ağıllısı sayılan şirin baba ilə məsləhətləşirlər. Qarqamel
şirinlərin ən böyük düşməni olsa da, daim pis niyyətlərini azman pişiyin
vasitəsi ilə həyata keçirir. Azman da ki, nə azman. Fərsizliyi, qorxaqlığı və
bacarıqsızlığı ilə daim o yekəlikdə Qarqameli pis vəziyyətdə qoyur.  



            Kənddə
yaşayan on beş min şirin isə irili-xırdalı qruplarla yaşayır. Günlərin
darıxdırıcı keçməməsi üçün şirin babanın məsləhəti ilə bir qrup şirin kənddə
gözəl və hamar bir çəmənlikdə oyun oynayır, vaxtlarını şən keçirməyə
çalışırlar. Qarqamelin qurumunda çalışan peşəkar şilləvuran azman pişik isə
daim şirinlərin oyun oynamalarına mane olur, onları qovarağa salır. Bu
irili-xırdalı qruplardan da bəzilərinin xidmətindən istifadə edir ki, kənddəki
şirinlərin bir çoxu onları tanıyır. əksər şirinlər isə azman pişiyin adamlarını
tanımır və bəzən onlara aldanıb tələyə düşürlər.



            Bəzi
şirinlərin adlarını bildiniz, bəzilərinin də adları qaldı deməyə. Azman pişiyə
şirniklənərək qulluq edən şirinlər də var ki, bunlardan xəbərçi şirin, ölüvay
şirin, satqın şirin, xor-xor şirin, ədalı şirin və sairələridir. Bunlar
şirinlərin arasında elə gəzib dolanır ki, şirin kəndinin sakinləri olan digər
şirinlər bundan xəbər belə tutmurlar. Onlar daim özlərini digər şirinlərə daha
yaxın göstərir və fürsət düşdükcə Qarqameldən və onun azman pişiyindən daha çox
şikayət edirlər ki, görürsüz ay şirinlər bunlar başımıza nə oyun açır.
Çəmənlikdə oynayan şirinlərə oynamağı öyrədən iri şirinlərdən də azman pişik
vasitəsilə Qarqamelə də xəbərləri tez çatdırırlar.



            Bu
yaxınlarda bütün şirinlərin sevdiyi kinder kəndə gəlməliydi. Çoxları onun
yolunu səbirsizliklə gözləyirdi. Hətta satqın şirin, ölüvay şirin, xor-xor
şirin hamıdan çox kinder, kinder deyirdi. Birdən vəziyyət şirinlər kəndində
dəyişdi ki, buna səbəb şirin baba oldu. Şirin baba dedi ki, indi bizə kinder
lazım deyil, burda qonaq şirin var. Xəbərçi şirin də tez dostlarına bunu xəbər
verdi. Onlar da şirin babanın qəzəbinə tuş gəlməmək, yerlərini onun yanında
daha da şirin etmək üçün və həm də  azman
pişiyin tapşırığıyla biz də kinder istəmirik dedilər. Üstəlik kənddəki bəzi
şirinləri də özlərinə inandırdılar.



            Beləcə
şirinlər kəndində həyat davam edir. Kimisi çalışır, əmək sərf edir, kimisi də
xəbər aparıb gətirməklə məşğuldur, kimisi də heç bir iş görmədən özünü daha
şirin göstərməklə məşğuldur. Ancaq deyəsən şirinlərin yaşadığı kəndin üstünü həmişəki
kimi qara buludlar alsa da, bu dəfə yağacaq leysan bütün qrimləri yuyacaq və hər
şey öz rəngində görsənəcək.    



Views: 1570 | Added by: BOSSMAN | Dərəcələndirmə: 3.0/1
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2020Website builderuCoz