Cümə Axşamı, 25/Apr/2024, 12:17
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2010  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2010 » İyul » 8 » Matç öncəsi mətbuat konfransı, "sports.md" ilə yaxınlaşma və baxışa gələn braziliyalı
12:50
Matç öncəsi mətbuat konfransı, "sports.md" ilə yaxınlaşma və baxışa gələn braziliyalı

  

  

 

Avropa liqası 1-ci təsnifat mərhələsinin
cavab oyununa hazırlıqlarını davam etdirən
"Xəzər Lənkəran” komandası bu gün də hazırlıq səylərini əsas meydanda davam
etdirdi. Artıq belə demək mümkünsə, matçın başlamasına saatlar qalır. Bu
baxımdan matça maraq daha da artır. Yəqin elə buna görədir ki, məşqləri izləməyə
gələn azarkeşlərin də sayı gün gündən artmaqda davam edir.

            Bu gün ənənəvi olaraq matçın
başlamasına bir gün qalmış, məşqdən öncə stadionun mətbuat zalında hər iki
komandanın baş məşqçilərinin və mətbuat nümayəndələrinin iştirakı ilə mətbuat
konfransı keçirildi. Mətbuat konfransı əvvəlcə komandamızın baş məşqçisi Ağasəlim
Mircavadovun iştirakı ilə açıq elan olundu. Müxtəlif telekanalların və qəzetlərin
təmsil olunduğu mətbuat konfransında "Xəzər Lənkəran” futbol klubunun azarkeş
saytlarından nümayəndələr də iştirak edirdi. "12cioyuncu.moy.su” saytını İslam
Cabbarlı və "Bosman.at.ua” saytını isə Mirhafiz Babayev təmsil edirdi.

            Komandamızın baş məşqçisi A.
Mircavadov, Avropa miqyaslı oyunlarının ilk dəfə şəhərimizdə keçiriləcəyini və
bunun Lənkəran şəhəri üçün bir tarixi başlanğıc olduğunu, həmçinin onlar tərəfdən
bu məsuliyyəti tam dərk etdiklərini dilə gətirdi. Sonra o, bəzi məqamlara da
toxundu. K. Kabralın hələ tam sağalmadığını dilə gətirən Mircavadov, D.
Souzanın da hələ vətənindən dönmədiyini iştirakçıların diqqətinə çatdırdı. Daha
sonra Moldova klublarından əsasən "Şerif”in tanındığını söyləyən mütəxəssis
"Olimpiya”nın da sıradan bir komanda olmadığını, ümumiyyətlə bu ölkədə futbolun
xeyli inkişaf etdiyini də dilə gətirdi.

Hələ tam oturaq heyətin formalaşmadığını,
buna baxmayaraq, futbolçularımızda həvəsin və qarşılıqlı anlaşmanın sevindirici
olduğunu vurğulayan Mircavadov yeni transferlərlə bağlı rəhbərliklə
danışıqlarının olduğunu da iştirakçıların diqqətinə çatdırdı. "Artıq bu ikinci
oyundur və rəqib haqqında kifayət qədər informasiyamız var” deməklə sözünü
bitirən baş məşqçi sonra sualları cavablandırdı.

"12cioyuncu.moy.su” saytını təmsil edən İ.
Cabbarlının "Bu oyunda azarkeşlərə
sözünüz”
sualına "Mən azarkeşlərə qələbə sevinci
arzulayıram və sona qədər komandanı dəstəkləmələrini xahiş edirəm. İnşallah biz
qələbə qazanacağıq” deməklə cavablandırdı.

"Bomsan.at.ua”
saytını təmsil edən M. Babayevin "İlk
görüşdən sonra, bu cavab qarşılaşması ərəfəsində komandanın komplektləşməsində
nə kimi dəyişiklik və ya inkişaf var”
sualına "Oyunçular arasında günbəgün
anlaşmanın qaydaya düşdüyünü deyə bilərəm. Müdafiə xəttimiz demək olar ki,
tamam dəyişib. Elə Moldovadakı matçda da "Olimpiya”nın bir real şansının bizim
mərkəz müdafiəçilərimizin səhvindən alındığını demək olar” deyə
cavablandırdı. 

Daha sonra
"Olimpiya”nın baş məşqçisi N. Bunya zala daxil oldu. İştirakçıların hamısını
salamlayan qonaq baş məşqçi iki gün əvvəl Bakıya gəldiklərini və oradan da Lənkərana
"Xəzər Lənkəran” klubunun köməyi ilə avtobusla gəldiklərini söylədi. Burada hər
şeyin qaydasında olduğunu söyləyən Bunya, Bakıdakı avtomobil tıxaclarından
danışmağı da unutmadı. Burada işlərinin o qədər də çətin olmayacağını, artıq rəqibi
yaxşı tanıdıqlarını, ev oyununda 0-0 hesabının işlərinə yarayacaqlarını bucür
dilə gətirdi. "Əgər biz burada bir top vursaq, onda "Xəzər Lənkəran” ikisini
vurmalıdır. Baxmayaraq ki, komandanız mən ""Nistru”da işlədiyim dövrə görə güclənib,
indi onu dahi sayılacaq məşqçi çalışdırır, lakin bu bizi qorxutmur, ehtiyatlı
olmağa sövq edir.

Mətbuat
konfransından sonra, qonaq komanda da əsas meydanda məşqə çıxdı və açıq gedən məşq
prosesini xeyli sayda "Xəzər Lənkəran” azarkeşi də izlədi. "Sports.md” saytının
operatoru "Xəzər Lənkəran” azarkeşlərini də lentə aldı və klubun azarkeşləri
barədə, ətraflı məlumat topladı. Fanklublar haqda da geniş məlumatı İslam
Cabbarlının təqdimatında lentə alan operator, ən çoxu iki saatdan sonra
videogörüntü şəklində saytlarında yayımlayacaqlarını söylədi.Buradan Izləyə bilərsiniz

Bu arada "Xəzər Lənkəran”
məşq prosesini bitirənə yaxın komandamıza baxışa yeni bir futbolçunun gəldiyini
dəqiqləşdirdik. Braziliyadan gələn futbolçunun "Criciuma Esporte" klubundan, adının Linno Ribero olduğunu,
"B” seriyasnda vaxtilə M. Souzayla bir yerdə çıxış etdiyini, müdafiəçi olub təxminən
yaşının 22-24 aralığında olduğunu da öyrənə bildik. İmkan tapıb fotoşəklini çəkə
bildik və sizlərə təqdim edirik.    
                  

 

Views: 475 | Added by: CSGA | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz