
Düzü XXV tur çərçivəsində keçirilən, ”Bakı” və "Xəzər Lənkəran” arasında baş tutan oyun bir sıra özəllikləri ilə yadda qalmışdı. Əvvəla qonaq komanda olan "Xəzər Lənkəran” heç də özünü qonaq kimi aparmadı. Matçın əvvəlindən təşəbbüsə yiyələnərək sanki öz meydanındaymış kimi rəqibə demək olar oynamaq imkanı verməyərək xeyli üstün oyun sərgiləmiş oldu. Bu xüsusən ikinci hissədə qabarıq şəkildə özünü göstərmiş oldu. Fikrimizcə bunun da öz səbəbləri var. Çünki mövsümə uğursuz başlayan və uğursuzluqla davam edən "Bakı” klubu baş məşqçi dəyişikliyinə qərar vermişdi. "Baki”nın yeni baş məşqçisi A. Starkovun əlbəttə komandaya öz futbol biliyinə və futbol fəlsəfəsinə uyğun yeni oyun tərzi gətirməsini, azacıq futbol biliyinə malik olan hər bir kəs dəyərləndirə bilməmiş deyil. Bu ümumiyyətlə futbolda qəbul olunmuş bir anlayışdır. Yeni gələn baş məşqçi eyni futbolçularla davam etsə belə oyun üslubu onun öz futbol fəlsəfəsinə görə qurulur. Bunu hər bir kəs bilir və o cümlədən də komandamızın baş məşqçisi Mirça Rednik də həmçinin. Ona görə də "Bakı” klubunda baş məşqçi dəyişikliyindən sonra bu komanda ilə ilk oyuna çıxmış olan Mirça Rednikli "Xəzər Lənkəran” ilk hissəni üstün oynasa belə bu lazımi səviyyədə deyildi. Amma oğul ona deyərəm ki, bu az vaxtda, yəni cəmi 45 dəqiqə ərzində düzgün analiz və icələmələr apararaq, rəqibi düzgün ”oxudu” və etdiyi taktiki dəyişikliklərlə ikinci hissədə bütün komponentlərdə onu üstələməyi bacardı. Bəli bu xüsusi təcrübəyə və istedada malik olan komandamızın baş məşqçisi dahi Mirça Rednikin bir daha necə bir dəyərli mütəxəssis olduğunu ortaya qoyan bir faktdır. Lakin Azərbaycan reallığında bu faktın özü hələ qələbə qazanmağın açarı deyildir. Xüsusən dediyimiz kimi ikinci hissə başlayar-başlamaz rəqibi bir anda öz qapısına sıxışdıran komandamız ard-arda təhlükəli vəziyyətlər yaradaraq qapı ağzında "Bakı”ya çox sıxıntılı anlar yaşatdı. Qapıya doğru ardı-arası kəsilməyən çoxgedişli kombinasiyaların nəticəsi olan zərbələr, qapıçı qurtarışları, dirəkdən dönən top və nəhayət Emeka Oparanın gözəl qolu belə Azərbaycan reallığında qələbəmizi təmin edə bilmədi. Nəyə görə Azərbaycan reallığında deyirik. Çünki, turdan sonra bəzi telekanallarımızda turun oyunlarının incələnməsi ilə əlaqədar olan futbol verilişləri hazırlanır. Belə verilişlərdən biri də Rəşad Raiqoğlunun apardığı və iki qonağı da olan "İdman Azərbaycan” telekanalındakı "Premyerliqa” verilişidir. Bu verilişin qonaqları olan Gəray bəylə futbolumuzun tanınmış və futbolçu karyerasını yenicə başa vurmuş Kamal Quliyev də bildikləri qədər oyunları şərh edir və konkret epizodlara münasibət bildirirlər. Hər ikisinin o cümlədən aparıcının futbol biliyinə şübhə etmirik desək yanılmarıq. Amma?.. Ammasının nədən ibarət olduğunu isə indi aydınlaşdıraq. Belə ki, Gəray bəy müstəqil düşüncə sahibi olmadığını artıq dəfələrlə "sübuta yetirmiş” bir mütəxəssisdir. Hələ meydanda hakimlərin verdiyi səhv və ya qərəzli hər hansı qərara bu adamın indiyəcən obyektiv münasibətinin şahidi oldum deyən tapılmır. Çünki həmişə onun epizoda verdiyi şərh hakim qərarını müdafiə etməklə eynilik təşkil edir. Aparıcı Rəşad Rafiqoğlu isə həmişəkindən fərqli olaraq məsələlərin obyektiv açılmasına yönəlik istiqamətvericiliyi ilə son verilişdə rəğbətəlayiq münasibəti ilə seçildi desək daha düz olar. Qaldı ki, ikinci qonaq olan Kamal Quliyevin münasibətinə, Kamal bəy həmişə həm bu həm də başqa verilişlərdə çıxış edərkən daha çox etika gözləməklə fikirlərini bildirir. Şəxsən özü də tanınmış futbolçu olmuş Kamal bəy həmişə fikir bildirərkən kimi isə kəskin tənqid etməklə yox, fikrini yumşaq bildirməklə kifayətlənən bir şəxsdir. Bunu çox yaxşı keyfiyyət hesab etsək də bəzən fikri kəskin bildirmək də haqdandır. Konkret olaraq verilişdə XXV tur çərçivəsində "Bakı” və "Xəzər Lənkəran” oyununda Emeka Oparanın vurduğu qola münasibətdən söhbət gedir. Burada Emeka Oparanın başla vurduğu qolun təmiz qol olduğunu hamı gördü. Çünki epizodu dəyərləndirərkən sol mərkəz xətti yaxınlığından ötürmə alan Uinston Parks sol ayağı ilə ustaca qapıya vurduğu yerlə zərbəni rəqib qapıçı Marko Şarlia tutmaq istərkən, əli ilə topu saxlaya bilməyincə, top üzüyuxarı diyirlənərək hərəkət edib qapıçının sinəsini də adlayaraq xeyli yuxarı havalanmış oldu. Bu topu cərimə meydançasından başla uzaqlaşdırmağa çalışan "Bakı”nın müdafiəçisi üzü qapıya dayanaraq gözləməkdəykən, fiziki göstəriciləriylə özünü sübut etmiş Emeka Opara fantastik tullanışla xeyli hündürə tullanaraq "Bakı”nın müdafiəçisini qabaqlayaraq topa özü başla zərbə endirib topu qapıya göndərmiş oldu. Məhz bundan sonra yəni Opara topa zərbə vurduqdan sonra yerə düşərkən rəqib müdafiəçinin üstünə yıxıldı. Yəni qapıya göndərilən topa zərbə anına qədər hər hansı bir qayda pozuntusundan söhbət etmək absurd düşüncədir. Burada gərək ya qərəzli olasan ya da futbol anlayışın olmasın. Əgər hakimin futbol anlayışı yoxdursa onun belə bir oyunda və ya hakimlikdə nə işi var. Bir misal gətirək. Bütün dünyada futbolda bəzi qayda-qanunlara diqqət yetirsək məsələn futbolçu qol vurur və aşırı sevinc əlamətləri ilə bunu qeyd edirsə və ya geyimini çıxarırsa, onda sarı vərəqə almaqla cəzalandırılır. Daha buna görə onun vurduğu topu ləğv etmirlər ki! Çünki bu cəzaya layiq hərəkət, tam qaydalar çərçivəsində vurulan qoldan sonra qeydə alınıb. Bundan sonra nəyin baş verməsinin məsələyə heç bir aidiyyatı yoxdur cənab, yerli hakimlər! Əgər burda da belə vəziyyət yəni, E. Opara yerə düşərkən hər hansı bir qayda pozuntusuna yol vermişdisə, onda qolu qeydə almaqla ona hər hansı cəzanın verilməsi söhbət mövzusu ola bilərdi. Çünki qol olan oyun epizodunda topa zərbə anına qədər heç bir qayda pozuntusu baş verməmişdi. Hərçənd o qədər hündürə tullanıb topu qapıya göndərən futbolçu əlbəttə yerə düşərkən hərəkətini nizamlaya biləcəyini bəlkə də düşünmür. Bəzən belə hallarda o özü də zədələnərək aylarla yaşıl meydanlardan uzaq düşməli olur. Kamal Quliyev də yəqin ki, bütün bunları nəzərə alıb verilişdə maraqlı bir fikir səsləndirdi: "Bu qol İngiltərə kimi bir futbol ölkəsində vurulsaydı, qol sayılardı. Amma bizdə bu qayda pozuntusudur.”-deməklə bəlkə də bütün həqiqətləri ortaya qoydu. Elədir Kamal bəy! Bizdə futbol qayda-qanunları tam başqa cürdür, inkişaf etmiş futbol ölkələrindəki kimi deyil! Bunu sən Kamal bəy, özün futbol oynayarkən də belə görmüsən, bu elə indi də belədir. Sadəcə sən həqiqəti çox etik çərçivədə və yumşaq söylədin. Amma bu çıxışınla "quşu gözündən vurdun”. Çox sağ ol ki, həqiqəti deməyə cəsarət etdin-"Bizdə futbol başqa cür və başqa meyarlarla idarə olunur”! Bunu hamı eşitdi, bununla da "Xəzər Lənkəran” haqsız olaraq daha iki xaldan məhrum edildi. Bu kimlər tərəfindənsə yeyilmiş xalları 9-a çatdırdı. Halbuki, "Xəzər Lənkəran”ı ilk pillədən 6-xal ayırır. Əhsən sənə Kamal Qulilev: -"Bizdə futbol başqa cür və başqa meyarlarla idarə olunur”! Bunu hamı eşitdi. Duyduk-duymadık deməyin, "Xəzər Lənkəran”ın haqqını yeməyin!
|