Şənbə, 20/Apr/2024, 11:31
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyun 2012  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2012 » İyun » 21 » "Dinamo" Kiyev 2-0 "Xəzər Lənkəran" Yoxlama oyunu və Yuri Syominin fikirləri
14:08
"Dinamo" Kiyev 2-0 "Xəzər Lənkəran" Yoxlama oyunu və Yuri Syominin fikirləri

  

            Bildiyimiz kimi Avstriyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran” komandası həm də burada yoxlama oyunları keçirməyi planlaşdırıb. Belə ki, bir neçə gün əvvəl komandamız Almaniyanın həvəskar dəstəsində iştirak edən "Starnberq” komandasına 6:0 hesabı ilə qalib gəlmişdi. Bu ilk yoxlama oyunu idi. Lakin dünən "Xəzər Lənkəran” Kiyevin "Dinamo” komandası ilə ikinci yoxlama oyununu keçirib. Oyun Kiyev "Dinamo”sunun rəsmi saytı vasitəsi ilə canlı yayımlanıb ki, bu fürsətdən də komandamızın çoxsaylı azarkeşləri yararlana bilib. Bunun üçün, yəni hətta komandanın yoxlama oyunlarını belə yayımladığına görə bu kluba futbol adına təşəkkür etmək lazımdır. Bu bizim üçün də böyük örnəkdir. 

Onu da qeyd edək ki, Kiyev "Dinamo”sunun əsas heyətinin futbolçuları Ukrayna millisinin tərkibində AVRO-2012 də iştirak etdiklərindən, əsasən ehtiyatda oturan skamya futbolçuları komandamızla görüşdə iştirak edə biliblər.

 Kiyev "Dinamo”sunun baş məşqçisi Yuri Syomin "Xəzər Lənkəran”la Avstriyada keçirilən yoxlama oyunundan sonra apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. Syomin ilk olaraq 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb.

 

 - Oyun daha çox məşq xarakterli idi. Ancaq yetərincə gərgin alındı. İlk hissədə bizim, fasilədən sonra "Xəzər Lənkəran”ın üstünlüyü var idi. Çoxlu qol imkanlarımız oldu. Hazırlıq getdiyindən ağır yükləmələr fonunda çətinliklə üzləşirsən. Öz komandamdan daha keyfiyyətli oyun görmək istərdim. Siz də öz klubunuza qiymət verə bilərsiz. "Xəzər Lənkəran”ın oyunu mənim xoşuma gəldi, mobil komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram.

 

- Bu komanda Ukrayna çempionatında çıxış etsəydi, hansı yerlər uğrunda mübarizə apara bilərdi?

            - İndi durub, niyə belə müqayisə aparaq ki? Hazırlıq dövrü gedir.

 

- "Xəzər Lənkəran” gənc komandadır və sizin kimi təcrübəli mütəxəssisin fikirlərinə ehtiyac var...

            - Fikirlərim müsbətdir. "Xəzər Lənkəran” taktiki cəhətdən yaxşı komandadır. Heyətində yetərincə güclü futbolçular var.

 

- Lənkəran klubunun heyətində Kiyev "Dinamo”sunda oynamaq gücündə olan futbolçu varmı?

            - Mən daha çox öz oyunçularıma baxırdım. Üstəlik, sizin komandanızın heyətində çoxlu əvəzetmələr oldu. "Xəzər Lənkəran” yetərincə xarakterə malik mobil komandadır. O da bizim kimi yeni mövsümə hazırlıq dövrü keçir.

 

- Maraqlıdır ki, "Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovu futbol oynadığı dövrdə sərəncamınızda görmək istəmisiz...

 - (gülür). Bəli, belə bir şey olub. İndi həmkarım olan Hüseynova uğurlar arzulayıram.

 

- 3 il öncə belə bir xəbər yayılmışdı ki, siz Azərbaycan yığmasının və "Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevlə maraqlanaraq, onu "Dinamo”ya gətirmək istəmisiz...

 - Fikrimcə, Kamran ilk hissədə uğursuz çıxış etdi. Vurduğumuz qol zamanı səhv buraxdı. Buna görə də Ağayevlə bağlı məsələni sonraya saxlayaq.

Views: 622 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 0
Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz