
Hazırda 12cioyuncu.info
saytının maddi
problemlər üzündən fəaliyyətinin dayandırdığı haqda kifayət qədər məlumat yayılıb. Qeyd edək ki, saytımızın yerləşdiyi
serverə olan borcun ödənməsi prossesinin rahatlaşdırılması üçün, biz server rəhbərliyinə
müraciət edərək, bank hesabının elan olunmasında yardım istədik. Beləliklə
hazırda 12cioyuncu.info ünvanına daxil olarkən server rəhbərliyi tərəfindən verilmiş bizim elanla rastlaşmaq mümkündür. Həmin elanda 12cioyuncu.info saytının "Bank
Respublika”da olan bank hesabı göstərilmişdir. BURADAN IZLƏ.
Saytın
fəaliyyətinin bərpa edə bilməsi və ilk mərhələdə çalışması üçün isə maddi dəstəyə
ehtiyacı vardır. Fəal azarkeşlərin dəstəyinə böyük ümidlər bəsləyirik. Maddi
imkanları geniş olan "Xəzər Lənkəran” azarkeşlərinə müraciət edərək saytımızın yenidən açılmasına dəstək olmağa
çağırırıq.
Ey
"Xəzər Lənkəran” azarkeşi, biz təmənnasız olaraq
"Xəzər Lənkəran” sevgisi ilə
çalışdıq. Sənin səsini hər yerə çatdırdıq, etirazına qoşulduq, sevincini
bölüşdük. Sən daha böyük tribunalardan haqsızlıqlara etiraz etməyə, sevimli komandanı ucadan dəstəkləməyə layiqsən. Biz ucadan
ucaya söz demək üçün irəli gedirik, sən
də bizimləsənmi ?
Saytımızın
bərpa olunması üçün "Bank Respublika" da olan hesabımız Azərbaycan
manatı ilə:
382194401206381602.
|