Cümə Axşamı, 28/Mar/2024, 18:57
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  Mart 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » Mart » 15 » Hamı “Xəzər Lənkəran”ı məğlub etməyin yollarını düşünür və ya komandamıza qarşı taktikanı Berti Foqts hazırlayır?
10:48
Hamı “Xəzər Lənkəran”ı məğlub etməyin yollarını düşünür və ya komandamıza qarşı taktikanı Berti Foqts hazırlayır?

       

            Adət-ənənəmizə görə yazın gəlişi ilə bağlı bir sıra bayram tədbirləri həyata keçirilir. "Novruz” bayramı yaxınlaşdığından evlərdə təmizlik işlərindən tutmuş, cürbəcür şirniyyat bişintiləri və sair hazırlıq işləri bütün evlərdə gedir. Arzu edirik ki, xalqımız həmişə əminamanlıq, firavanlıq və bol ruzi-bərəkətlə öz milli bayramlarını ürəkləri istəyən səviyyədə qarşılasın. Əlbəttə "Novruz” bayramından danışanda ilk növbədə səməni cücərdilməsi göz önünə gəlir. Əvvəl bayrama səməni cücərdilməsi ilə başlanılır və daha sonra 10-15 gün səməni əmələ gələnə qədər digər bayram hazırlıqları aparılır. Səməni cücərməsindən danışmışkən bəzi cücərən fikirləri də sizinlə bölüşmək istərdik.

             Artıq bəzi gümanlar həqiqətə çevrilmək yolunda cücərməkdədir. Belə ki, mövzunun yenə futbolla bağlı cücərməkdə olan planların ortaya çıxması diqqət çəkən məqamdır. Yadınıza "Neftçi” – "Xəzər Lənkəran” oyunlarını salmaq istərdik. Xüsusən bu mövsüm həm kubokun ¼ finalında, həm də çempionat oyunlarındakı bu komandalar arasında keçirilən matçlarda hakimlikdən tutmuş futbol qurumlarımıza qədər hamının komandamıza qarşı sərt danışdığının şahidi olmuşuq. Onu da deyək ki, bu mövsüm keçirilən bu komandalar arasındakı görüşlərin heç birində "Neftçi” komandası qələbə qazana bilməyib. "Xəzər Lənkəran” komanda olaraq ev və səfər oyunlarından asılı olmayaraq ya qalib gəlib və ya özünə sərf edən heç-heçəylə kifayətlənib. Bəli, bu mövsüm çempionluğa oynayan "Neftçi” komandası açıq aşkar "Xəzər Lənkəran” sindromu yaşayır. Arxada qalan 4 matç bunun bariz nümunəsidir. "Neftçi”nin baş məşqçisi Arif Əsədovun da mediaya verdiyi açıqlamada "Xəzər Lənkəran”a qarşı sindromun olduğunu təsdiq edərək, qarşıdakı matçda bunu qıracaqlarını deməsi ilə yəqin ki, tanışsınız.

            Bunun üçün yollar fikirləşilir. Bir neçə məqamı diqqətinizə çatdırmaq istəyindəyik. İlk əvvəl dünən "İdman Azərbaycan” telekanalının "Premyerliqa” verilişinin qonaqlarını və burada gedən söhbətləri yada salsaq müəyyən fikirlər artıq təsdiq olunur. Verilişin sonlarına yaxın aparıcı Rəşar Rafiqoğlunun verilişin qonaqlarından biri olan "Neftçi”nin baş məşqçisi Arif Əsədova verdiyi Milli komandamızın baş məşqçisi Berti Foqtsla görüş barədəki sual çox maraqlı bir məqam idi. Bu görüş həm də dünən ölkə mətbuatında da işıqlandırılmışdı. Arif bəy də görüşün olduğunu təsdiq edərək, Berti Foqtsla aralarındakı söhbətin nədən getdiyindən danışdı. Arif bəy Foqtsun ona olan tövsiyyələrindən danışdı. Hansı futbolçunu harada oynatmağın daha çox xeyir verə biləcəyi haqda Foqtsun məsləhətlərinin olduğunu dedi. Sonra da komandaya daha yaxşı bələd olduğu üçün onun öz fikirlərinin olduğunu da izləyənlərin diqqətinə çatdırdı. Düzdü sonda bütün bunların milli komanda baxımından bir görüşün söhbət mövzusu olduğu diqqətə çatdırıldı.

            Amma gəlin görək ölkə çempionatının bu gərgin vaxtında aralarında qızğın mübarizə gedən və çempionluğa oynayan iki komandanın birinin baş məşqçisi ilə görüşərək hansı futbolçunun hansı mövqedə oynaması haqda tövsiyyələr vermək nə deməkdir? Bu martın 18-i bu komandalar arasında növbəti çempionat oyunu ərəfəsi taktiki planın millinin baş məşqçisi Berti Foqts tərəfindən hazırlanması anlamına gəlmirmi? Əgər bu milli komanda baxımından izah olunursa, onda Berti Foqtsun niyə məhz bir komandanın baş məşqçisi ilə görüşməsi lazım olur? Elə isə milliyə 4-5 futbolçu verən "Neftçi” komandası ilə taktiki söhbətlər edən Foqts, milliyə 4 əsas heyət futbolçusu verən "Xəzər Lənkəran”la niyə bu tip müzakirələr aparmır? Bəli, bütün vasitələr birləşərək "Xəzər Lənkəran”ı yenməyin yollarını fikirləşir. Bu yazıdan sonra Foqtsun "Xəzər lənkəran”la görüşünün olması artıq, gözdən pərdə asmağa bənzəyəcək.

            "Neftçi” üçün "Xəzər Lənkəran” sindromunun olduğu, bunu klubun baş məşqçisinin də mətbuata verdiyi açıqlamada qeyd etməsi, cəmi dörd gün sonra aralarında çempionluq baxımından böyük önəm kəsb edən görüş ərəfəsində bu görüşün və taktiki planda söhbətlərin olması başqa cür düşünməyə əsas vermir.

            Fikirlərin cücərməsi haqqında yazının əvvəlində də işarə etmişdik. Bunlar isə kubokun ¼ final mərhələsinin lənkəranda baş tutan cavab görüşündəki məqamlardır. Belə ki, mətbuatı izləyən hər kəs yaxşı bilir ki, bu matçdan 1-2 gün əvvəl Foqts artıq Lənkəranda olub. Özünü belə matçlara güclə çatdıran Berti Foqts niyə bu matçdan 1-2 gün əvvəl Lənkərana gəlib? Yenə mətbuatdan bildiyimizə görə "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikə verilən belə bir suala: "Foqts artıq bir neçə gündür ki, Lənkərandadır. Onunla görüşünüz olubmu? Sualına, Rednik belə cavab vermişdi: "Olub, yalnız matç başlamamışdan bir neçə dəqiqə əvvəl foyedə gördüm və salamlaşdıq, vəssalam.” Bəs onda Foqts orada nə işlə məşğul olub və kimlərlə görüşüb sualı isə açıq qalır.

            Yenə də mətbuatdan bildiyimizə görə, ¼ finalın cavab görüşünü isə cəmi 80 dəqiqə izləyən Foqts sona 10 dəqiqə qalmış, stadionu tərk edib. Deməli Lənkəranda olduğu müddətdə də rəqibə kömək etməsi ehtimal olunan Foqts bu köməyin heç bir nəticəyə yaramadığını da gördükdən, artıq "Xəzər Lənkəran”ın mərhələni adlayan tərəf olduğuna şübhə qalmadığından son 10 dəqiqəyə baxmağın heç bir faydasının olmadığını görərək stadionu tərk etmiş olub. Bizim bu fikirlərimiz subyektiv də ola bilər. Lakin obyektiv olan odur ki, "Neftçi”nin də baş məşqçisinin təsdiq etdiyi kimi, Foqtsla bu oyun ərəfəsi görüşüb və taktiki planda söhbət edilib. Bunun izahı nə olursa olsun bu ərəfədə belə bir görüşün bir komanda ilə olması kökündən yanlışdır və digər komandanın təklənməsidir.

             Bütün hər kəs birləşib hər vəchlə səni yenməyin yollarını düşünür. Sən güclüsən, sən ona görə sevilirsən, sən ona görə azarkeşlərinin qanına-canına hopmusan doğma "Xəzər Lənkəran”!

            Bu oyunda da qalib gəlməklə, Mirça Rednik məşqçi kimi öz dahiliyini sübut edəcək, "Xəzər Lənkəran” isə rəqib tanımadığını sübut edəcək, azarkeşlərimiz isə buna layiq olduğumuzu bir daha öz dəstəkləri ilə sübut edəcəklər. "Ən böyük Xəzər, başqa böyük yox!”      

Views: 785 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 3
0  
3 Elvin Nurullayev   (15/Mar/2011 23:19) [Daxil Olunan]
Butun Xezer severlere demek isdeyirem ki narahat olmayin biz komandamizi axira qeder desdekleyek qoy kim neftciye komek edir etsin biz insallah 18martda qalib geleceyik yasasin Rednik

0  
2 Malik-bosman   (15/Mar/2011 22:48) [Daxil Olunan]
YUUUUUUUUU Berti Foqts. Neftci maurinynuda getirse yenede 18 XEZER_LENKERANA uduzacaq

0  
1 Demir Agaci   (15/Mar/2011 22:16) [Daxil Olunan]
Kim bize qarshi plan hazirlayirsa, onlari Allaha hevale edirik. Islam dininde cume gunu bayram gunu sayilir. Inshaallah Xezer Lenkeranimiz hemin gunu subut edecek ki bu komanda Azerbaycanin markasidir. Belece bizler 2 qat bayram yasayacayig. Hetta Novruz bayramini da ustune gelsek 3 qat. Bunun ucun her bir azarkes dua etmeli, stadionda da guclu destek olmalidir.
Haydi ireli Xezer Lenkeran, ureylerimizi et sen heyran !

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz