Cümə Axşamı, 25/Apr/2024, 03:06
BOSMAN Fanklubunun Rəsmi Saytı
Baş Menyu

Saat

Facebookda Paylaş
Share on Facebook

Kalendar
«  İyul 2011  »
BazarB.eÇ.aÇ.C.a.CŞə
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Qiymətləndir
Saytımız Necədir?
Cəmi Qiymət: 552

Statistika

Cəmi Onlaynda: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Daxil Ol

Baş Səhifə » 2011 » İyul » 24 » “Bosman”dan Kapitana Müraciət
19:12
“Bosman”dan Kapitana Müraciət

"Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov cənablarına

            "Xəzər Lənkəran” adlı gəminin həm sizin üçün və həm də bizim üçün nə qədər əhəmiyyətli olduğunu hər hansı sözlə ifadə etmək çox çətindir. Siz bu gəmini quraraq onminlərin sevgisinə çevirdiniz. Onminlərlə insan könül verdi bu ada. Daim yanında oldu. Siz də yorulmadan bu gəmini səfərlərə hazırladınız. Bu hazırlıq işlərinin nələrə başa gəldiyini hamı gördü, hamı ürəklərinin ən dərin yerini bu ada verdi, anamız və vətənimiz Azərbaycanın adları ilə bir cərgədə.

            Gəmimiz hazır olduqdan sonra, bütün heyətlə dünya sularına bacarıqla səfərlərə yollandı. Çoxlu çətin səfərlərdən sağlam və uğurla döndü. Bu səfərlər zamanı nələr görmədik. Bir yandan fırtınalardan keçdik, bir yandan dəniz quldurlarının hücumlarına məruz qaldıq, bir yandan gəmimizdə qiyamçılar baş qaldırdı, bir yandan da Liman rəhbərliyi gəmimizə olmazın əziyyətlər verdi. Gəmi heyətinin işlərinə qarışaraq heyəti necə qurmaq yolunda müdaxilələr etdi. Bu müdaxilələr üçün heyətimizdə bəzi dənizçiləri belə ələ aldı. Heç zaman heç bir çətinliyə boyun əyməyən gəmi heyətimiz, bu qiyamçıları da aşkarlayıb ən yaxın kimsəsiz adaya buraxmaqla, onlardan qurtuldu. Bu qiyamın yaratdığı çaxnaşma ümid edirəm ki, əvvəlkilərtək aradan qaldırılacaq, gəmimiz öz kapitanı və bütün heyəti ilə əvvəlkitək yoluna davam edəcək.

            Bu gün bu qiyam haqda eşidərək sahildə bu gəmini gözləyən onminlərlə insan çox narahatdır. Gəmidə baş verənlər onları bərk sarsıtmış və gəminin taleyinin necə olacağı onları intizarda qoymuşdur. Çünki ürəklərini verdikləri "Xəzər Lənkəran” gəmisi onların həyatının bir hissəsidir. Okeanda olan gəmidən onlara çatan məlumatlar isə sarsıdıcıdır. Gəmimiz öz möhtəşəmliyinə baxmayaraq bu təsirdən əziyyət çəkdiyi və əngin sularda dayanaraq heyətini kiçik qayıqlara bölüşdürərək sahilə çıxarmaq kimi fikirlər onları çox sarsıtmışdır. Çünki kiçik qayıqlar çətin səfərlərə tab gətirəcək gücdə deyil. Bunun tufanı  və ya yanımızdan keçəcək hər hansı bir böyük gəminin yaratdığı dalğası qayıqlarımızı silkələyərək təlatümə gətirəcək və nəticədə kiçik olan qayıqlarımız suda qərq olacaq. Bizim böyük və möhtəşəm gəmimiz yenə sularda şahanə üzməklə, qayıqları da öz təkində apararsa həm qayıqlarımız suda qərq olmaz, həm də gəmimiz başqa gəmilərin üzərkən ətrafında yaratdığı dalğalardan əziyyət çəkməz. Sahildə yığışaraq gecə-gündüz bilmədən minlərlə insan gözünü dənizdəki üfüqə zilləyərək o möhtəşəm "Xəzər Lənkəran” gəmisinin nə vaxt görünəcəyi anı səbirsizliklə gözləyir. Onlar yemir, yatmır və ancaq gözlərini üfüqə dikərək gözləməkdə davam edir. Bəlkə də gəminin səfərdən sağlam dönə bilməməsi üçün  elə səbəblər var ki, sahildə onu gözləyənlərin çoxunun bundan xəbəri yoxdur. Amma onlar gözləməkdə davam edirlər.

            Bu gözlənti və narahatçılıq həm də sanki,  ən əziz bir adamını əməliyyat otağının qarşısında gözləyən insanların narahatlığına bənzəyir. Onlar hər an qapıda görünəcək həkimdən söyləyəcəyi xəbəri gözləyir. Həkim yorğun halda çıxıb ya "Heç bir ümid yoxdur, biz xəstəni itirəcəyik” deyəcək, ya da "Xəstəmiz ölümdən qurtuldu, təbrik edirəm” deyəcək. Bu an ən mahir həkim olan sizdən bütün yaxınları "Xəstəmiz ölümdən qurtuldu, təbrik edirəm” kəlməsini eşitmək üçün nələrindən keçməzlər.  

            Bu sətirləri yazarkən gəmini itirmək qorxusu insanı kövrəltməyə bilmir. Düzdür deyirlər kişi ağlamaz. Amma ən böyük sərkərdələr belə, döyüşdə ordusunun bir hissəsini və ya vətəninin bir hissəsini itirərkən göz yaşı tökmüşlər. "Xəzər Lənkəran” adı, bizim vətənimizlə, anamızla bir cərgədə saxladığımız bir can parçamızdır! Onu itirərkən necə də ağlamayasan?

           

            Mirhafiz M. Babayev        ("Bosman” fanklubunun rəhbəri)  24. 07. 2011

 

            Qeyd: Bu müraciət ürək ağrısıyla və ən səmimi hisslərlə yazılıb. "Xəzər Lənkəran”ın taleyinin necə olacağı haqda düşüncələrdən nigaran minlərlə insan kimi. Bunu olduğu kimi qəbul edənlərin hamısının ana südü halal olsun deyirəm.

Views: 568 | Added by: BOSSMAN | Dərəcələndirmə: 0.0/0
Cəmi Şərhlər: 1
+1  
1 Fegan242   (25/İyul/2011 14:20) [Daxil Olunan]
Halal olsun doktor! Sizin bele patriot oldugunuzla fexr edirik!

Ancaq qeydiyyatdan kecəndən sonra şərh yaza bilərsiniz.
[ Qeydiyyat | Daxil Ol ]
Növbəti Matç

 

 Xəzər Lənkəran          İnter 


             Premyer Liqa XVTur

      04 Dekabr 2011. Saat 16:00

Turnir Cədvəli

Təsnifat Mərhələsi

Komandalar

O

Q

H

M

T-F

X

Xəzər Lənkəran

13

8

3

2

18-13

27

İnter

13 

11-7 

25 

Neftçi

13 

8

21-10 

25

Bakı  

13 

4

20-11 

22 

Qarabağ 

13

16-12 

21 

Qəbələ 

13 

13-16 

18 

AZAL 

13 

17-16 

16  

Simurq

13 

11-13 

15 

Rəvan 

13

16-17 

15 

Kəpəz 

13

16-22 

12 

Turan

13 

8-20 

10

Sumqayıt Şəhər 

13 

7-17 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərlər Arxivi

Facebook Səhifəmiz

CSGA © 2024Website builderuCoz